Coğrafiya fakültəsində elmi seminar keçirilib

04/05/2021

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində “Şirvan çaylarının su və gətirmələr axımında müasir trendlərin qiymətləndirilməsi” mövzusunda onlayn elmi seminar keçirilib. Hidrometeorologiya kafedrasının dissertantı Anar Nuriyev mövzu ilə bağlı məruzə edib. Məruzədə son dövrlər iqlim dəyişmələri ilə yanaşı su ehtiyatlarından istifadədə antropogen təsirlər və su ehtiyatlarının çay hövzəsindən götürülməsi ilə çay axımının ümumi həcminin azalması haqqında məlumat verilib. Şirvan çaylarının çoxillik axımının dinamikası və ildaxili dəyişməsi təhlil olunub, iqlim dəyişmələrinin ərazinin su ehtiyatlarına təsiri, həmçinin illik axımın fəsillər üzrə dəyişməsi və asılı gətirmələr axımı tədqiq edilib. Bundan başqa gətirmələr axımı ilə su sərfi arasında əlaqələr təhlil olunaraq, alınmış məlumatar əsasında tərtib olunmuş ərazinin bulanıqlıq xəritə sxemi təqdim olunub.

Mövzu ətrafında fakültə əməkdaşları - Məqsəd Qocamanov, Yaqub Qəribov, Həbibə Soltanova, Elxan Nuriyev, İradə Əliyeva, Sabir İskəndərov, Rəşad Sədullayev və başqaları çıxış ediblər.

Daha sonra Hidrometeorologiya kafedrasının magistrantı Natəvan Tağıyeva “Su ehtiyatlarının əhəmiyyəti və su qıtlığının yaratdığı problemlər”, Fiziki coğrafiya kafedrasının magistrantı Reyhan Rüstəmova “Arazboyu düzənliklərin müasir arid landşaftlarının idarə edilməsi”, Geodeziya və kartoqarfoya kafedrasının magistrantı Nurlan Əzizli “Geomatika və geomatik modelləşdirmənin nəzəri praktiki əsasları”, Fiziki coğrafiya kafedrasının magistrantı Sona Qasımlı “Mil və Muğan düzlərinin müasir təbii landşaftlarının təhlili” və Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının magistrantı Əlövsət Bayramov “Azərbaycanda Halal turizmin formalaşması və inkişafı perspektivləri” mövzusunda çıxış ediblər.

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026