Coğrafiya fakültəsində “Heydər Əliyev Azərbaycan dövlətinin banisi” adlı tədbir keçirilib

15/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev Azərbaycan dövlətinin banisi “ mövzusunda onlayn tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Coğrafiya fakültənin dekanı Şəkər Məmmədova Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çıxış edərək ölkədə siyasi, iqtisadi, sosial və mədəni  sahələrdə Ulu Öndərin apardığı uğurlu siyasət və kompleks tədbirlərin Azərbaycanın sürətli inkişafı üçün fundamental əsas olduğunu bildirib.

Tədbirdə professor Çingiz İsmayılov “Heydər Əliyev Azərbaycanın gələcək inkişaf strategiyasının banisi kimi”, professor Məqsəd Qocamanov “Heydər Əliyevin xatirələrimizdə, təhsilə verilmiş töhvələr”, Yaqub Qəribov “Heydər Əliyevin Azərbaycanda təbiətin mühafizə edilməsində xidməti”, Həbibə Soltanova “Heydər Əliyevin Azərbaycanda turizmin inkişafında rolu” adlı məruzə ilə çıxış ediblər. Çıxış edənlər Ulu Öndərin iqtisadiyyat və neft strategiyası sahəsində gördüyü işlər, apardığı uğurlu daxili və xarici siyasət sahəsində həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşıb. Ulu Öndər Heydər Əliyevin müasir tələblərə uyğun elmi kadrların hazırlanmasında, Azərbaycanın beynəlxalq aləmə və qlobal iqtisadi mühitə inteqrasiya etməsində, ölkənin bütün istiqamətlərdə ciddi uğurlar qazanmasında həyata keçirdiyi tədbir və islahatların rolundan bəhs edilib.

Tədbir fakültənin I kurs tələbəsi Sənan Mustafayevin “Heydər Əliyevin gənclərə qayğısı haqqında” çıxışı ilə başa çatıb.

 

Xəbərlər

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq
25/07/2024

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/07/2024

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
25/07/2024