Daha bir uğur

28/07/2020

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin məzunu Araz Poladov ABŞ-ın nüfuzlu Harvard Hüquq Məktəbini əla qiymətlərlə bitirərək, ikinci LL.M. dərəcəsi alıb.
ABŞ-ın davamlı fəaliyyət göstərən ən qədim hüquq məktəbi olan Harvard Hüquq Məktəbi Harvard Universitetinin bir hissəsidir. Dünya Hesabatı tərəfindən ABŞ-ın hüquqşünaslıq məktəblərinin ilk beşliyində sıralanır.
Araz Poladov 2012-ci ildə tələbə qəbulu üzrə dövlət imtahanından 669 bal toplayaraq Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinə daxil olub. 2016-cı ildə fakültəni fərqlənmə diplomu ilə məzun olduqdan sonra təhsilini Avstriyanın Vyana Universitetində Avropa və beynəlxalq biznes hüququ ixtisası üzrə davam etdirib.  2017-ci ildə Vyana Universitetini də  fərqlənmə diplomu ilə bitirərək hüquq üzrə magistr (LL.M.) dərəcəsinə yiyələnib. Avstriyada təhsilini başa vurduqdan sonra Azərbaycana geri dönüb və Baker McKenzie beynəlxalq hüquq şirkətində hüquqşünas kimi fəaliyyət göstərib. Eyni zamanda, BDU-nun Hüquq fakültəsində beynəlxalq hüquq və insan hüquqları fənlərini saathesabı əsaslarla ingilis dilində tədris edib. 2018-ci ilin mart ayında İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO kafedrasına fəlsəfə doktoru proqramı üzrə büdcə hesabına əyani doktoranturaya qəbul olunub.

    Araz Poladov hazırda Bakı Dövlət Universitetində doktoranturada təhsilini davam etdirir.

    Xəbərlər

    Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

    Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
    20/09/2026

    Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

    Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
    20/09/2026

    Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

    Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
    19/09/2026