Daha televiziyalara gedən yollar qəzetlərdən keçmir - “Media könüllüləri - 145”

30/12/2020

“Media könüllüləri-145 layihəsi” çərçivəsində telejurnalistika ilə bağlı təlimlər başa çatıb.
Təlimin sonuncu günündə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri Türkiyənin tanınmış telejurnalisti Bülent Çöltekinə çoxsaylı suallar ünvanlayıblar.
İllərdi Azərbaycanda jurnalistika ixtitisasını tədris edən müəllimlərin əksəriyyəti teleradio jurnalisti olmaq üçün qəzətçilik təcrübəsinin vacibliyini vurğuladığı halda, Bülent Çöltekin bu fikrin tam yanlış olduğunu söyləyib.
Onun fikrincə, teleaparıcı olmaq üçün qəzet yazarı olmaq, öncədən yazılı mətbuatda çalışmaq mühüm şərt deyil. Televiziya aparıcısı olmaq istəyən şəxs ilk işinə elə televiziyadan başlasa yaxşıdır. Çünki qəzetçilikdən televiziyaya gələn şəxs qəzet yazı standartları qəlibindən çıxa bilmir, bu səbəbdən, televiziya üçün yazmağı çətin olur.
O, hazırki dönəmdə həm klassik medianın, həm də televiziyaların sürət məsələsində baş verən hadisələrləin tezliyinə çata bilmədiyini, onlayn jurnalistikanın daha sürətlə inkişaf etdiyini qeyd edib. "İnsanlar çox məşğuldur, zaman onlar üçün dəyərli olduğuna görə nəyisə uzun-uzadı oxumaq istəmirlər. Hər şeyi tez əldə etmək istəyirlər. Lazımlı informasiyanı tez və qısa-konkret çatdırdınsa, sən qalibsən".
Bülent Çöltekin xəbər aparıcısı olmaq istəyənlərə tövsiyələrini verib. “Telexəbər aparıcısı ekrana yaraşmalı və gözəl diksiyaya sahib olmalıdır. Lakin bunlar hər şey deyil. Aparıcının görünüşü, nitqi onun bilikləri ilə tamamlanmalı, vəhdət təşkil etməlidir. Xəbər aparıcısı hər mövzuda - tarix, siyasət, ədəbiyyat, mədəniyyət və s. mövzularda məlumatlı olmalıdır. Dünyagörüşü yüksək olmalıdır”.
Təlimçi fikirlərini atalar sözləri ilə tamamlayıb: "Bir insanı gözəl geyimi ilə qarşılayıb, ağlına görə yola salarlar."
Qeyd edək ki, bundan öncə telejurnalsitika ilə bağlı təlimlərdə NTV-nin xəbər aparıcısı, Nişantaşı Universitetinin müəllimi Seda Öğretir, Nişantaşı Universitetinin professoru Hamdi Arslan “Media könüllüləri-145” çərçivəsində öz bilik və təcrübələrini tələbələrimizlə bölüşmüşdülər.
Layihə çərçivəsində təlimlər barədə mətbuatda, sosial şəbəkələrdə çıxış edən tələbələrdən ən yaxşı 10 yazı müəllifi Nişantaşı Universitetinin Jurnalistika fakültəsinin onlayn dərslərinə qatılmaq imkanı əldə edəcək.
Qeyd edək ki, "Media könüllüləri-145" layihəsi Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyinə və "Könüllülər ili"nə həsr olunub. Layihənin rəhbəri Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, ideya müəllifi “Asan” Radionun baş redaktoru İlkin Kərimov, görüşlərin koordinatoru isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyevdir.
Layihənin əsas məqsədi tələbə jurnalistlərin xarici mediaya inteqrasiyasını təmin etmək və bu vasitə ilə Azərbaycanın haqq səsini dünyaya çatdırmaq, onların bilik və bacarıqlarını artırmaq, cəmiyyət üçün həssas və ciddi sahə olan jurnalistikada peşəkar addımlamalarına təkan verməkdir.
Layihədə Bakı Dövlət Universitetinin 145 tələbəsi iştirak edir. Təlimlərdə iştirak edən tələbələrə sertifikatlar veriləcək.

https://modern.az/az/news

Xəbərlər

BDU-da təyyarə qəzasında həlak olanların əziz xatirəsi yad edilib

BDU-da təyyarə qəzasında həlak olanların əziz xatirəsi yad edilib
26/12/2024

ABŞ-nin “Case Western Reserve” Universitetinin professoru BDU-da elmi seminar keçib

ABŞ-nin “Case Western Reserve” Universitetinin professoru BDU-da elmi seminar keçib
25/12/2024

BDU və ICESCO-nun birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq konfrans uğurla başa çatıb

BDU və ICESCO-nun birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq konfrans uğurla başa çatıb
25/12/2024