“Dahi Nizami Azərbaycandan Norveçədək” mövzusunda tədbir keçirilib

30/12/2021

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Dahi Nizami Azərbaycandan Norveçədək (norveçli tədqiqatçının gözü ilə)” mövzusunda tədbir keçirilib.

Tədbiri BDU-nun SABAH mərkəzinin rəhbəri İradə Süleymanova açaraq Norveçli tədqiqatçı-yazar Ragnhild Torininin fəaliyyəti haqqında məlumat verib, belə bir görüşün SABAH qruplarında təhsil alan tələbələr üçün böyük əhəmiyyət daşıdığını və dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsinin vətənindən kənarda təbliği baxımından önəmli olduğunu qeyd edib.

Norveçli tədqiqatçı-yazar öz məruzəsində Nizami Gəncəvi irsi ilə tanışlığının tarixçəsinə qısa ekskurs edib, onun dünyaca məşhur “Leyli və Məcnun” poeması əsasında qələmə aldığı musiqili tamaşa haqqında danışıb. Hazırda kütləvi tirajla çap olunaraq Azərbaycanın bütün orta məktəblərinə paylanan N.Gəncəvinin “Leyli və Məcnun” poemasından etüdlərdən ibarət ingilisdilli kitabın gənc nizamisevərlərə Nizami ilinə bir hədiyyə olacağına ümid etdiyini söyləyib. Daha sonra o, Nizaminin əsərlərindəki fəlsəfi qata, poemalarının ideya qaynaqlarına, estetik prinsipinə diqqəti çəkərək onu Qərbin A.Dante, V.Şekspir, A.S.Puşkin, İ.V.Höte kimi dahi sənətkarları ilə müqayisə edib.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, Nizami əlyazmalarının tədqiqi şöbəsininin aparıcı elmi işçisi, BSU-nun Azərbaycan multikulturalizmi kafedrasının müdiri, dosent İbrahim Quliyev, Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidenti, dosent Sevda Tahirli, Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi Tünzalə Seyfullayeva, DAOS rəhbəri və “ Biz Sizə borcluyuq kompaniyası”nın üzvü Nərgiz Xələf  çıxış edib. Çıxışlarda böyük Azərbaycan şairinin yubileylərinin hər zaman beynəlxalq səviyyədə qeyd olunduğu, dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində özünəməxsus yerə malik nadir şəxsiyyətlərdən olduğu vurğulanıb, dahi şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsindən danışılıb.

Sonda tədbir bədii hissə ilə davam edib. Azərbaycan Pedaqoji Universitetinin SABAH qruplarında Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alan III və IV kurs tələbələri Nizami Gəncəvinin qəzəllərini səsləndiriblər və şairin lirik şeirlərindən parçaları saz havası üzərində ifa ediblər.


Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024