İDEA Kampaniyası BDU-da təqdimat merasimi keçirib

23/10/2012

Gənclər arasında ətraf mühitin mühafizəsi ilə bağlı layihələr həyata keçirən IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) Kampaniyası bu gün Bakı Dövlət Universitetində (BDU) təqdimat merasimi keçirib. Tədbirdə Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri iştirak edib. Tədbiri fakültənin dekanı, kimya elmləri namizədi, dosent Nazim Şamilov açıb, sonra sözü IDEA-nın insan resursları üzrə mütəxəssis Fidan Quliyeva verib. F.Quliyevanın sözlərinə görə, IDEA-nın əsas məqsəd planetimizin qorunması və ekoloji problemlər haqqında gənclərə məlumat verilməsidir. IDEA bu işə tələbələri cəlb etmək üçün ölkənin ali təhsil müəssisələrində təqdimatlar keçirir.

Qeyd edək ki, IDEA Kampaniyasına 12 iyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başlanılıb.

Mətbuat və İnformasiya Şöbəsi, 23 oktyabr 2012-ci il.

Xəbərlər

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək
13/08/2026

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır
13/08/2026