DevEducation IT kolleci Bakı Dövlət Universitetinin tələbələri üçün informasiya texnologiyaları sahəsində #Codeforfuture təhsil layihəsinə qoşulur

16/09/2022

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ötən ildən başlayaraq həyata keçirilən #Codeforfuture layihəsinin əsas məqsədi tələbələrin müasir bazar iqtisadiyyatının tələblərinə uyğun mütəxəssis kimi formalaşması, habelə informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılmasıdır.

Bakı Dövlət Universitetinin (BDU) tələbələri DevEducation kollecinin təlim proqramının ilk iştirakçıları olub.

DevEducation informasiya texnologiyaları təhsili üzrə ixtisaslaşdırılmış beynəlxalq layihədir. DevEducation mütəxəssislər komandası bütün dünyada ambisiyalı və istedadlı insanlara qısa müddət ərzində informasiya texnologiyaları sahəsində yüksək keyfiyyətli təhsil almağa və ən çox tələbat duyulan yüksək əmək haqlı peşəyə yiyələnməyə kömək edir.

 

Codeforfuture layihəsində iştirak etmək BDU tələbələrinə aşağıdakı imkanları verir:

– İnformasiya texnologiyaları istiqamətləri sahəsində güclü nəzəri bazaya yiyələnmək və öz təhsil müəssisəsində əlaqəli fənlər üzrə “məqbul” almaq,

– DevEducation kuratorunun dəstəyi ilə BDU-nun xüsusi təchiz olunmuş sinif otağında təhsil alaraq proqramlaşdırma bacarıqlarını inkişaf etdirmək,

— real layihədə təcrübə keçmək və əldə edilmiş bilik və bacarıqları praktikada möhkəmləndirmək.

 

Tələbələr ən populyar üç ixtisasdan birini seçə bilərlər:

1. Backend C# (.Net Core)

C# proqramlaşdırma dilindən istifadə edərək veb proqramlar və veb servisləri üçün proqram təminatının hazırlanması.

2. Frontend React

HTML, CSS və JavaScript-in əsaslarının öyrənilməsi və TypeScript və React proqramlarından istifadə edərək müasir veb saytların hazırlanması.

3. QA Automation

Proqram təminatının test edilməsinin bütün əsaslarını əhatə edən praktik kurs. Əl testinə girişdən və avtomatlaşdırılmış testin əsaslarından ibarətdir.

Təlim iki dildə aparılır: rus və ya ingilis dilində. Tələbə tədris dilinin seçimini müstəqil şəkildə müəyyənləşdirir.

Dərslər 2022-ci ilin 15 sentyabr tarixindən başlayır.

DevEducation IT kolleci komandası hər bir tələbəyə materialın öyrənilməsində, prioritetlərindən və təhsildə qarşısına qoyduğu məqsəddən asılı olaraq ona uyğun olan ixtisas seçimində kömək edəcək.

Codeforfuture layihəsi sayəsində BDU tələbələri əsas ixtisasları üzrə tədris prosesini dayandırmadan tələbat duyulan informasiya texnologiyaları ixtisasına yiyələnmək imkanı əldə edirlər.

Proqramın veb saytı: https://codeforfuture.deveducation.com/

Azərbaycan Elm və Təhsil Nazirliyinin rəsmi saytı: https://edu.gov.az/

Bakı Dövlət Universitetinin rəsmi saytı: http://bsu.edu.az/az/

Xəbərlər

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
25/04/2024