Dillər Universitetində “Böyük Britaniya mətbuatı” ilə bağlı mühazirə

15/04/2014

Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri, BDU-nun “Beynəlxalq jurnalistika” kafedrasının müəllimi Pərvanə İbrahimova Azərbaycan Dillər Universitetində ADU-nun Filologiya və Jurnalistika fakültəsinin Jurnalistika ixtisasında təhsil alan tələbələrə mühazirə-açıq dərs keçib. Dərs Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universiteti arasında 2012-ci ildə bağlanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq pedaqoji və elmi işçilərin müvafiq fakültələrdə təcrübə mübadiləsi çərçivəsində baş tutub. Eyni zamanda ADU-nun İctimaiyyətlə əlaqələr Departamentinin dəvəti ilə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, Departamentin rəhbəri Zeynab Kazımovanın Jurnalistika ixtisasının 1-ci kursunda təhsil alan tələbələrə “Xarici ölkələrin jurnalistikası” fənni üzrə tədris etdiyi dərsdə qonaq olan Pərvanə İbrahimova “Böyük Britaniya mətbuatı” ilə bağlı mühazirə oxuyub.

Qeyd edək ki, bu günlərdə “Biznes Jurnalistika” təlimləri çərçivəsində London şəhərində bir həftə ərzində müxtəlif media orqanlarında təlimlərdə iştirak edən 12 nəfər media nümayəndəsi, o cümlədən Pərvanə İbrahimova Jurnalistika ixtisasının tələbələrinə “BBC”, “The Daily Telegraph”, “Financial Times” kimi nəhəng media korporasiyalarının işi və fəaliyyəti, sözügedən media orqanlarında jurnalistlərin gündəlik işlərinin qurulması haqda danışıb. Mövzu üzrə slayd-təqdimatla çıxış edən Pərvanə İbrahimova BBC-nin xəbər xidməti, “The Daily Telegraph”, “Financial Times” qəzetlərinin dünya mediasında tutduğu mövqe barədə tələbələrə geniş məlumat verib. Eyni zamanda, o, səfər zamanı rastlaşdığı müxtəlif maraqlı məqamlardan da söz açıb.

Sonda P.İbrahimova tələbələrin böyük marağına səbəb olan mühazirədə onları maraqlandıran çoxsaylı suallara cavab verib.

Xatırladaq ki, 2012-c il aprelin 2-də Azərbaycan Dillər Universiteti və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. ADU və BDU arasında imzalanan anlaşma memorandumuna əsasən, Bolonya prosesinə uyğun olaraq tələbələrin mübadiləsi və kreditlərin alınması, pedaqoji və elmi işçilərin, doktorantların müvafiq fakültələrdə, kafedralarda və tədqiqat laboratoriyalarında staj keçməsinin təşkili, yeni texnika və texnologiyaların mübadiləsi, qabaqcıl, inkişaf metodları sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı nəzərdə tutulub.

Mətbuat və İnformasiya şöbəsi, 15 aprel 2014-cü il.

Xəbərlər

Ərzurum Texniki Universitetində BDU-nun professoru Arif Səlimova həsr olunmuş XXI Beynəlxalq Həndəsə Simpoziumu keçirilir

Ərzurum Texniki Universitetində BDU-nun professoru Arif Səlimova həsr olunmuş XXI Beynəlxalq Həndəsə Simpoziumu keçirilir
18/07/2025

“Huawei” şirkəti BDU-da rəqəmsal təhsil və idarəetmə sistemləri ilə bağlı təqdimat edib

“Huawei” şirkəti BDU-da rəqəmsal təhsil və idarəetmə sistemləri ilə bağlı təqdimat edib
17/07/2025

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb
17/07/2025