“İdiomatik ifadələrin müasir fars dilinin leksikoloji sistemində mövqeyi” mövzusunda virtual elmi seminar keçirilib

08/07/2020

İyulun 8-də Bakı Dövlət Universitetində (BDU) Şərqşünaslıq fakültəsinin təşkilatçılığı ilə “İdiomatik ifadələrin müasir fars dilinin leksikoloji sistemində mövqeyi” mövzusunda onlayn elmi seminar keçirilib.

Seminar iştirakçılarını salamlayan Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli “İdiomatik ifadələrin müasir fars dilinin leksikoloji sistemində mövqeyi” adlı məruzə ilə çıxış edib. Məruzədə fars dilində məişət üslubunda, eyni zamanda  klassik ədəbiyyatda istifadə olunan idiomlar barədə danışılıb, fars dilində olan nümunələr və klassik beytlərdən misallar gətirməklə mövzu ilə bağlı geniş məlumat verilib.

Seminarda BDU-nun professor-müəllim heyəti, doktorantlar və tələbə-magistrantlarla yanaşı, İran filologiyası kafedrasının müdiri  Mehdi Kazımov, Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov, Uzaq şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oktay Cəlilbəyli, dosent Əsmətxanım Məmmədova, Ərəb filologiyası kafedrasının professoru Aida Qasımova da iştirak ediblər.

Elmi seminara qoşulan rektor Elçin Babayev məruzə ilə bağlı öz fikrini bildirərək karantin döründə keçirilən bu tip tədbirlərin əsas məqsədinin fakültə əməkdaşlarının, gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsindən ibarət olduğunu bildirib. Rektor onu da əlavə edib ki, müasir dövrdə ölkəmizdə elmin ən müxtəlif sahələri çağdaş metodologiya əsasında sistemli şəkildə tərəqqi etmiş, digər elm sahələri ilə yanaşı, ictimai və humanitar elmlər də sürətlə inkişaf edərək milli və ümumbəşər elminə dəyərli töhfələr verib.

Seminarda həmçinin xarici (ərəb, fars, urdu və s.) dillərin tədrisi və mənimsənilməsinə müasir texnologiyanın tətbiqi, yeni metodlardan istifadəyə dair fikir mübadiləsi aparılıb. İştirakçılar maraqlı məruzənin dinlənilməsinə və faydalı fikir mübadiləsinin aparılmasına görə universitet rəhbərliyinə təşəkkür ediblər.

 

Xəbərlər

BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub

BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub
20/04/2024

IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
20/04/2024

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024