DÖNÜŞ YENİ VƏHDƏT YARATDI...

04/08/2020

Məlum virusun ölkəmizə dəvətsiz ayaq açması nəticəsində müxtəlif sahələrdə durğunluq, çətinlik qaçılmaz oldu. Dünyada baş verənlərin fonunda zaman və məkan baxımından sığortalanmasaq da, ancaq dövlət və xalqın birliyi nəticəsində indi olduğu kimi çox çətinliklərdən alnıaçıq, üzüağ çıxmağı bacarmışıq. Çünki tarix həmişə bizlərin döyüşdən güclü çıxan mərd, məğlubedilməz, iradəsi əyilməz fatehlər olduğumuzun şahidi olub.

Virusun Azərbaycanda geniş yayılmasının qarşısı təxirəsalınmaz tədbirlər nəticəsində alındı. Bu səbəbdən bütün ictimai tədbirlər təxirə salındı, təlim-tədris prosesində fasilə yarandı. Bu çətin dönəmdə, sınaqda Bakı Dövlət Universiteti (BDU) də gördüyü işlərlə "sağlamlıq mayakı" olmağı bacardı.

Bakı Dövlət Universitetinin rektoru, professor-müəllim heyəti, kafedralar, tələbələr hamı bir olub, bu işdə fəallıq göstərərək baş verən pandemiya ilə əlaqədar günün tələbləri səviyyəsində fəaliyyət strategiyası qurmağa nail ola bildi.  Dünyanı təəccübləndirməkdə hələ də davam edən infeksiyanın psixoloji təsirindən xilas olmaq üçün Universitetimizdə fəaliyyət göstərən Psixoloji Yardım Sektorunun zəhməti isə xüsusi qeyd olunmalıdır. Müəllimlərin dərs öncəsi verdiyi tövsiyə, nəsihət isə tələbələrin gözəgörünməz düşmənlə ehtiyatlı olmasına hesablanmışdı.

Tezliklə bu virusun çəkiləcəyini düşünsək də, arzulasaq da, ancaq gedişat biz istədiyimiz kimi olmadı. Atalar demişkən: "Sən saydığını say, gör fələk nə sayır". Dərslərin istənilmədən vaxtından əvvəl yekunlaşması isə müəllim-tələbə-tədris birliyini poza bilmədi. Zamanın texnoloji imkanlarından sərfəli yararlanaraq bu boşluğu doldura bildik. Qürurverici məqam da ondan ibarətdir ki, bu pandemiya zamanı Universitet rəhbərliyi başda olmaqla, müəllimlər tələbələrə qarşı çox olduqca səmimi və həssas münasibət sərgilədilər, vəziyyəti çox düzgün qiymətləndirdilər. Aprel-may aylarında karantin rejiminin sərtləşməsinə baxmayaraq müəllim-tələbə münasibətindəki bağlılığı, ünsiyyəti sosial şəbəkə, telefon və texnologiyanın verdiyi imkanlar vasitəsilə həyata keçirdik. Ulu öndərimiz Heydər Əliyevin 97-ci ildönümü münasibətilə Universitetimiz tərəfindən təşkil olunan "Heydər Əliyev: Dahi şəxsiyyət, əbədiyaşar lider" adlı onlayn esse yazı müsabiqəsinə də fakültəmizin dəyərli müəllimlərinin xüsusi nəzarəti, tövsiyələri altında hazırlaşırdıq. Bunun nəticəsi olaraq müsabiqədə Jurnalistika fakültəsinin üç tələbəsi fərqləndi.

Mövcud vəziyyətlə əlaqədar dərslər onlayn formada, həmçinin uğurla keçirildi. Göründü ki, heç bir məsafə müəllim-tələbə birliyinə, dərs prosesinə əngəl ola bilməz, əksinə çətinliklər bizi daha da yaxınlaşdırır. Universitetin rəhbərliyi imtahan sessiyasında tələbəyönümlü qərarlar qəbul etməklə bir daha tələbələrin yanında olduğunu sübut etdi. Bu qayğını tələbələr onlayn imtahan verərək topladıqları yüksək nəticə sayəsində doğrultmağı bacardılar.

Sonda bir daha qeyd edim ki, mövcud şəraitlə əlaqədər yeni texnologiyadan istifadə tələbələrdəki elm və öyrənmək  sevgisinə mane ola bilmədi. Aparılan operativ işlər sayəsində tələbələr və müəllimlər arasında mühazirələr, seminarlar, imtahan sessiyası qarşılıqlı şəkildə yeni üsullarla həyata keçirildi. Qocaman təhsil müəssisəmiz və bu ocağın hər bir üzvünün proqressiv düşüncəsi sayəsində yaranmış vəziyyətin öhdəsindən layiqincə gələ bildik.

Əsgər İsmayılov

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024