Dünya Bankının nümayəndəsi BDU-da olub

08/12/2010

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Dünya Bankının Elm, texnologiya və İnnovasiya üzrə mütəxəssisi, İnnovos Şirkətlər Qrupunun prezidenti Karlos Sezar Yammalı qəbul edib. BDU haqqında qonağa ətraflı məlumat verən akademik Abel Məhərrəmov əsasən universitetin beynəlxalq əlaqələrindən, yerli və xarici qrant layihələrində iştirakından bəhs edib.

Dünya Bankının mütəxəssisinin fikirlərindən məlum olub ki, təmsil etdiyi qurum Azərbaycanda təhsil və elmin inkişafı ilə bağlı layihələr həyata keçirmək niyyətindədir. Bununla bağlı universitetlər tərəfindən irəli sürülən təklifləri dinləmək və gələcək əməkdaşlıqda nəzərə almaq fikrindədirlər.

Qonağı maraqlandıran suallara cavab verən rektor, akademik Abel Məhərrəmov gələcək planlarından danışıb, elmlə istehsalat arasında bağlılıq qurmaq, texnoparklar yaratmaq kimi ideyaları qonağın diqqətinə çatdırıb.

 

Mətbuat və informasiya şöbəsi

 

Xəbərlər

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
20/10/2026

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
20/10/2026

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri
20/10/2026