Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili Bakı Dövlət Universitetində olub

06/04/2018

Bu gün Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili Bakı Dövlət Universitetində olub. Universitetin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən görüşü açan rektor, akademik Abel Məhərrəmov Dünya Turizm Təşkilatının fəaliyyəti barədə məlumat verib, qurumun gördüyü işlərdən bəhs edib. Baş katib Zurab Pololikaşvilinin prezident İlham Əliyevlə görüşünü xatırladan rektor ölkəmizin Dünya Turizm Təşkilatı ilə uğurlu əməkdaşlığını diqqətə çatdırıb və Bakı Dövlət Universiteti, tədris olunan ixtisaslar, o cümlədən  turizm ixtisası haqqında danışıb.

Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili, öz növbəsində, ölkəmizdə turizmin inkişafından, genişmiqyaslı işlərin həyata keçirilməsindən bəhs edib. Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edən baş katib yaxın gələcəkdə rəhbərlik etdiyi təşkilatla universitet arasında əlaqlərin qurulması təklifi ilə çıxış edib.

Tələbələrin baş katibə ünvanladığı suallardan sonra universitetin studiyasında hazırlanmış “Sütunlar” filmi nümayiş olunub.

Tədbir baş katib Zurab Pololikaşviliyə “BDU-nun Fəxri qonağı” plaketinin təqdim olunması ilə başa çatıb.

Qeyd edək ki, baş qərargahı Madriddə yerləşən Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə görüşdə Azərbaycanın bu təşkilatdakı daimi nümayəndəsi, səfir Anar Məhərrəmov da iştirak edib.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 6 aprel 2018-ci il.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026