“Dünyada kitabxana-informasiya fəaliyyəti və təhsili” mövzusunda dəyirmi masa keçirilib

25/04/2016

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Bakı Dövlət Universiteti, AMEA-nın Mərkəzi Elm Kitabxanası və Türkiyə Cümhuriyyətinin Haccettepe və Kastamonu Universitetlərinin Bilgi və Bəlgə Yönətimi bölümlərinin “Dünyada kitabxana-informasiya fəaliyyəti və təhsili” mövzusunda birgə təşkil etdikləri dəyirmi masa keçirilib.

Dəyrimi masada BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin rəhbərliyi, professor-müəllim və tələbə-magistr heyəti, AMEA MEK-in kollektivi, eləcə də  respublikanın kitabxana ictimaiyyətinin nümayəndələri iştirak edib.

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova tədbir haqqında ətraflı məlumat verib, onun əhəmiyyəti və perspektivlərindən  bəhs edib.

Daha sonra türkiyəli qonaqlar Prof.dr. Bülent Yılmaz (Türkiyə Cümhuriyyəti Haccettepe Universiteti Bilgi və Bəlgə Yönətimi bölümünün başqanı), Yrd.Doç.dr. Güler Demir (Kastamonu Universiteti Bilgi və Bəlgə Yönətimi bölümü), Yrd.Doç.dr. M.Kemal Sevgikaya (Kastamonu Universiteti Bilgi və Bəlgə Yönətimi bölümü), Arş.Gör. İlker Çakmakkaya (Kastamonu Universiteti Bilgi və Bəlgə Yönətimi bölümü) Türkiyə və dünyada kitabxana-informasiya fəaliyyəti və təhsili məsələlərindən geniş söhbət açıb.

Fikir mübadiləsində kafedra müdiri, dosent Nadir İsmayılov, dosent Pərviz Kazımi, f.d. Rəşad Qardaşov, eləcə də AMEA MEK-in bir sıra struktur rəhbərləri fəal iştirak edib, mövcud əməkdaşlığın gələcək perspektivləri ətrafında bir sıra təkliflər səsləndirilmiş, həmçinin, müasir şəraitdə kitabxana-informasiya fəaliyyətinin mövcud prioritet inkişaf istiqamətlərinin elmi-nəzəri, metodik və təcrübi aspektləri müzakirə edilib.

Tədbirdə həmçinin, Türk xalqlarının ortaq kitabxana cəmiyyətlərinin formalaşdırılması, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin Türkiyə Kitabxana Cəmiyyətinə üzvlüyü, Türkiyənin Haccettepe və Kastamonu Universitetlərinin Bilgi və Bəlgə Yönətimi bölümləri  ilə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi arasında pedaqoji və elmi təcrübə mübadiləsinin həyata keçirilməsi və bu istiqamətdə münasibətlərin inkişafı ilə bağlı mühüm təkliflər səsləndirilib. Sonda BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı dosent Azad Qurbanov çıxış edərək, tədbirin qarşılıqlı əlaqələrin inkişafında mühüm əhəmiyyətini, bu kimi tədbirlərin bütün türk dövlətlərində təşkilinin zəruriliyini vurğulayıb.

Mətbuat və informasiya şöbəsi, 25 Aprel 2016-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024