Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Dünyamızı qoruyaq: Türk Dünyasının adət-ənənələri” adlı esse müsabiqəsi elan edir

10/04/2020

Dünyanı hədəf almış, həyat tərzimizi dəyişdirən koronavirus (COVID-19) pandemiyasının təhlükəsinin miqyasını dərk edərək, tətbiq olunan məhdudiyyətlərə məsuliyyətlə əməl etməli, elmi fəaliyyətə, mütaliəyə, yaradıcılığa, mədəniyyətə üstünlük verərək, bu dəyərlərdən maksimum şəkildə yararlanmalıyıq. Səylərimizi birləşdirərək, gələcəyə ümid və ruh yüksəkliyini qorumaqla, bu çətin mübarizənin uğurla nəticələnəcəyi şübhəsizdir.

Mövcud şəraitdə gənclərin fərdi inkişafının, boş vaxtlarından səmərəli istifadənin əhəmiyyətini nəzərə alaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ali təhsil ocaqlarında təhsil alan tələbələr arasında “Dünyamızı qoruyaq: Türk Dünyasının adətənənələri” adlı beynəlxalq esse müsabiqəsini elan edir.

Müsabiqənin məqsədi müxtəlif sahələr üzrə təhsil alan tələbələri Türk Dünyasının zəngin tarixini, mədəni irsini, adət-ənənələrini, milli-mənəvi dəyərlərini öyrənməyə və bu dəyərlərin təbliğinə sövq etməkdir. Eyni zamanda, müsabiqənin hədəfi istedadlı gənclərin fikir ifadə etmək, yazmaq və anlatmaq bacarıqlarını təşviq etmək, onların potensial imkanlarının üzə çıxarılmasına şərait yaratmaqdır.

Esse sadəcə informasiya məzmunu daşımamalı, türkdilli xalqların günümüzədək yaşayan milli adət-ənənələri, mərasimləri, eləcə də Türk Dünyasının ortaq mədəni-mənəvi xüsusiyyətləri ilə bağlı müəllifin düşüncələrini əks etdirməlidir.

Müsabiqədə iştirak edəcək tələbələrin özləri barədə məlumat (adı, soyadı, təvəllüdü, təhsil aldığı müəssisə, ölkə, şəhər, ünvan və əlaqə nömrəsi) əlavə edilib 3 (üç) səhifədən az olmamalı, ana dili və ingilis dilində 15 may 2020-ci il tarixinədək turkictraditions@gmail.com elektron poçtuna göndərilməlidir. Seçilmiş esselər xüsusi hazırlanan kitabda dərc ediləcəkdir.

Qaliblər diplom və mükafatlarla təltif olunacaqdır.

Xəbərlər

BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin 11 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub

BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin 11 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub
30/07/2025

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
30/07/2025

BDU-nun 866 bakalavr və magistri yay semestri dərslərində iştirak edir

BDU-nun 866 bakalavr və magistri yay semestri dərslərində iştirak edir
30/07/2025