Doktorantların və gənc tədqiqatçıların XV respublika elmi konfransı keçirilib

10/12/2010

Dekabrın 9-da BDU-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XV respublika elmi konfransının açılışı olub. Konfransda təhsil naziri Misir Mərdanov, rektor, akademik Abel Məhərrəmov, digər ali təhsil müəssisələrinin rəhbərləri və  təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edən  təhsil naziri  M.Mərdanov xüsusi olaraq vurğulayıb ki, Dövlət Attestasiya Komissiyasının qərarı ilə konfransın tezisləri gələcəkdə elmi işini müdafiə etmək istəyən  gənc alimlərin elmi işi səviyyəsində qiymətləndiriləcək. Onu da qeyd edib ki, konfransın səviyyəsini daha da yüksəltmək məqsədilə təqdim olunan tezislərə tələblər artırılıb.  Belə ki, mətnin sonunda istifadə olunmuş siyahının və iki dildə yazılmış xülasənin verilməsi zəruri sayılıb. Nazir 2 gün davam edəcək  konfransın işinin  müxtəlif elm sahələrini əhatə edən  21 bölmədə təşkil olunacağını və konfransa 20 ali məktəbdən  401  tezis təqdim olunduğunu diqqətə çatdırıb.  Təhsil Nazirliyi,  Azərbaycan Milli Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi konfransda  «Ən yaxşı məruzəyə görə»  akademik  Şəfaət Mehdiyev  adına 3 mükafatın  verilməsini qərara alıb.  Nazir çıxışının sonunda Almaniyanın Humbold Universitetində  «Azərbaycan tarixi» kafedrasının açıldığını xatırladaraq gənc tədqiqatçıları, xüsusilə tarixçiləri bu kafedra ilə əlaqələr saxlamağa və öz töhfələrini verməyə səsləyib.

Daha sonra rektor, akademik Abel Məhərrəmov çıxış edib. Qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edən akademik konfransın keçirilməsini yüksək qiymətləndirib və gənc  tədqiqatçıların  respublika elmi konfransının iştirakının onların  elmə  marağın artmasında mühüm əhəmiyyət kəsb etməsindən danışıb.  «Elm olmayan yerdə təhsil ola bilməz», - deyən rektor son illər Bakı Dövlət Universitetində elmin sürətlə inkişaf etdiyini nəzərə çatdırıb. Prezident İlham Əliyevin elmə, təhsilə göstərdiyi qayğıdan bəhs edən akademik Abel Məhərrəmov bu cür elmi konfransların keçirilməsini də  bu siyasətin uğurlu davamı hesab edib.

Sonra Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, AMEA-nın müxbir üzvi Novruz Quliyev, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini, AMEA-nın müxbir üzvi Vəli Hüseynov konfransın əhəmiyyətindən danışıblar. Təhsil nazirinin müavini, professor  İradə Hüseynova isə bildirib ki, Təşkilat Komitəsinin qərarına əsasən konfransda müzakirə edilməyən  və müzakirədə müsbət rəy almayan işlər nəşr olunmayacaq.  İ.Hüseynova  tezisləri çoxluq təşkil edən ali məktəblərin adlarını iştirakçıların nəzərinə çatdırıb.    Məlum olub ki, universitetlər arasında daha çox -141 tezis Bakı Dövlət Universitetindən təqdim olunub. Daha sonra bölmə iclasları keçirilən auditoriyaların adları söylənilib. Konfrans işini müvafiq bölmələrdə davam etdirib.

Dekabrın 10-da konfransın yekun iclası keçirilib. İclasda bölmə sədrlərinin hesabatları dinlənilib, ümumi müzakirələr olub. Bölmə sədrlərinin hesabatına əsasən ən yaxşı çıxış edən doktorant və tədqiqatçılara Təhsil Nazirliyinin sertifikatları verilib, konfransın yekun qərarı qəbul olunub.

 

Mətbuat və informasiya şöbəsi

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024