"Dost qazanmaq və adamlara təsir göstərmək sənəti" Həmid Vəliyevin tərcüməsində

12/09/2014

Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevin tərcüməsində natiqlik sənəti və insan münasibətləri sahəsində görkəmli Amerika mütəxəssisi Deyl Karneginin «Dost qazanmaq və adamlara təsir göstərmək sənəti» adlı əsəri çapdan çıxıb.

Azərbaycan oxucusuna təqdim olunan bu əsərində işgüzar dünya adamlarının gündəlik görüşlərindən və şəxsi əlaqələrindən, cəmiyyətin üzvləri ilə rəftarından, incə mətləblərdən, düşməni dosta çevirməyin yollarından bəhs olunur. Kitab geniş oxucu kütləsinə ünvanlanıb.

Qeyd edək ki, bu kitabın 2-ci nəşrdir və ilk nəşr də professor Həmid Vəliyevin tərcüməsində 1993-cü ildə kütləvi tirajla işıq üzü görüb və oxucular arasında böyük rəğbətlə qarşılanıb.

Mətbuat və informasiya şöbəsi, 12 sentyabr 2014-cü il.

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026