Doğu Akdeniz Universitetinin əməkdaşları BDU-da olublar

03/12/2010

Bu günlərdə Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universitetinin Turizm və mehmanxana işinin təşkili fakültəsinin əməkdaşları professor doktor Güven Ardahan və professor Hasan Kılıc BDU-nun Coğrafiya fakültəsində olublar. «Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm» kafedrasının müdiri, dosent Həbibə Soltanova və əməkdaşlarla keçirilən görüşdə xarici tələbələrlə iş üzrə dekan, dosent Gülheyran Rəhimova, fakültənin dekanı, professor Müseyib Müseyibov, iqtisadi və sosial coğrafiya kafedrasının professoru Çingiz İsmayılov da iştirak edib. Həm fakültədə, həm də rektorluqda davam etdirilən işgüzar görüşdə hər iki tərəfləri maraqlandıran məsələ haqda ətraflı fikir mübadiləsi aparılmışdır. Bu məsələlərə aiddir:

- Turizm təhsili alan III kurs tələbələrinin istehsalat təcrübəsini Doğu Akdeniz Universitetində keçməsinə imkan yaradılması;

- Turizm təhsili alan tələbələrinin Doğu Akdeniz Universitetində yay məktəbi keçməsinin təşkil edilməsi;

-Magistr pilləsi üçün tədris planlarının uyğunlaşdırılması və magistraturada təhsilin Doğu Akdeniz Universitetində köçürülmə yolu ilə davam etdirilməsinə imkan yaradılması;

-Müştərək elmi araşdırma işlərinin aparılmasına nail olmaq.

Qonaqların turizm təhsili alan I-IV kurs tələbələri və magistrantlarla görüşləri də maraqlı olub. Professor doktor Güven Ardahan və professor Hasan Kılıc tələbələrin hazırlıq səviyyəsindən razı qalıb, ümumən Bakı Dövlət Universiteti haqqında yüksək rəylə ayrılıblar.

 

Mətbuat və informasiya şöbəsi

Xəbərlər

BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək

BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək
28/07/2026

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib
28/07/2026

BDU rektoru abituriyentlərlə görüşüb

BDU rektoru abituriyentlərlə görüşüb
28/07/2026