Dərslər evdə də davam edir

06/05/2020

Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər - karantin rejimi davam edir. Təhlükəli vəziyyət bitənə qədər həm özümüzün, həm də digər insanların sağlamlığı üçün mövcud şəraitə uyğunlaşmaq ən optimal çıxış yoludur. Pandemiya (COVİD-19) təhlükəsi həyatımızın hər bir sahəsinə olduğu kimi təhsilə də təsirsiz ötüşməyib. Bu təhlükənin gücləndiyi bir şəraitdə Azərbaycanda karantin rejimi elan olunub, ciddi məhdudlaşdırıcı tədbirlər həyata keçirilir: bütün məktəblərdə və ali təhsil müəssisələrində tədris dayandırılıb, uşaq bağçaları bağlanıb, insanlara evdə qalmaq tövsiyə olunub.

Karantin rejiminin ilk günlərindən Bakı Dövlət Universitetində təhsil alan tələbələrin təhsildən geri qalmaması və evdə olduqları zaman vaxtlarını səmərəli keçirmələri məqsədilə tələbələr üçün elektron baza yaradılıb. Texniki imkanlar təhsilimizi onlayn şəkildə davam etdirməyə imkan yaradır.

Hazırda isə Bakı Dövlət Universitetində məsafədən təhsil öz axarı ilə davam etdirilir. Onlayn dərslər müəllimlərlə auditoriyada canlı ünsiyyəti əvəz edə bilməsə də, bunun sayəsində yeni biliklər, vərdişlər əldə edirik, Universitetlə, müəllimlərimizlə virtual əlaqəmiz davam edir. Qrup yoldaşlarımızı da hər gün ekrandan görmüş oluruq.

Onlayn dərs başlayana qədər günlər çox darıxdırıcı keçirdi. Karantinin ilk günlərində nə qədər dərs oxumaq istəsəm də, bu mümkün olmadı, çünki mövcud vəziyyət psixoloji duruma təsir etmişdi və dərslərə adaptasiya olmaq çətin idi. Onlayn dərslər tələbələr üçün motivasiya oldu. İndi isə müəllimlərimiz bizə yol göstərir və yavaş-yavaş yeni rejim formalaşır.

Onlayn dərslərin başqa müsbət tərəfləri də var. Bilirsiniz ki, müəllimlərimiz dərsləri keçdikdən sonra onların video-yazısını yayımlayırlar. Bu da dərsdə iştirak edə bilməyən tələbələrin sonradan bu dərslərə baxa bilməsinə şərait yaradır. Hətta bizə dərs deməyən müəllimlərin də mühazirələri ilə tanış olmaq imkanı əldə edirik. Bu fürsətdən yararlanaraq başqa müəllimlərin mühazirələrinə də baxıram. Nəticədə müəyyən mövzu barəsində daha çox bilik əldə etmiş oluram.

Onlayn dərslərdə bir dəfə dərsi danışandan sonra müəllim sual verdi. Həmin vaxt evdə internet kəsildi. Həm müəllimin sualını cavablandıra bilməməyimin, həm də məsuliyyətsiz kimi görünməyin təlaşı ilə düşündüm ki, müəllim bunu qəsdən etdiyimdən şübhələnə bilər. Həyəcanla yenidən dərsə qoşula bildim. Müəllimə səbəbi açıqladm, o da anlayışla qarşıladı.

Hər halda, yazının əvvəlində qeyd etdiyim kimi, bu təhsil forması mövcud şəraitdə bizə böyük mənəvi yardım göstərir.

#evdəqalaq, təhsildən geri qalmayaq!

 

Fidan Hüseynova

BDU-nun Filologiya fakültəsinin tələbəsi

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024