Dövlət Məşğulluq Agentliyi BDU-da “Əmək bazarının tələbləri” mövzusunda təlim keçib

20/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin və Dövlət Məşğulluq Agentliyinin (DMA) Şərqi Zəngəzur Regional məşğulluq filialının birgə təşkilatçılığı ilə xalqımızın tarixi Zəfərinin 5 illiyinə həsr olunmuş “Peşəkar gələcəyə doğru körpü”- ixtisaslaşmış Karyera sərgisi çərçivəsində tələbələrin şəxsi və peşəkar inkişafına yönəlmiş “Əmək bazarının tələbləri” mövzusunda təlim keçirilib.

Dövlət Məşğulluq Agentliyinin böyük mütəxəssisi Arzu Xəlilova tərəfindən keçirilən təlimin əsas məqsədi tələbə və məzunlara əmək bazarının dinamikası, işəgötürənlərin gözləntiləri, yeni peşə trendləri və karyera planlaşdırmasına dair aktual istiqamətləri təqdim etmək olub.

Təlimçi tərəfindən iştirakçılara iş dünyasının yeni çağırışlarına uyğunlaşma strategiyaları, əmək bazarında rəqabət üstünlüyü qazanmaq üçün şəxsi brendin formalaşdırılması, effektiv CV və motivasiya məktubu yazılması barədə də tövsiyələr verilib.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026