Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu ölkərlərində təhsil alacaq BDU məzunları ilə görüş

31/08/2023

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev  “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı kimi dünyanın nüfuzlu universitetlərində magistratura təhsili alacaq BDU məzunları ilə görüşüb.  

Rektor məzunları təbrik edib, onlara uğurlar arzulayıb.  

BDU rektoru Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, I vitse-prezident Mehriban Əliyevanın elm və təhsil siyasəti, gənclərin yüksəkixtisaslı kadr kimi yetişməsi yönündə atdıqları addımların önəmini qeyd edib və bu siyasətin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. O, Dövlət Proqramı əsasında təhsil alacaq BDU məzunlarının xarici ölkələrdə Vətənimizi uğurla təmsil edəcəklərinə əmin olduğunu qeyd edib, onlara öz tövsiyələrini verib.  

Qeyd edək ki,  BDU-nun 16 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb. Onlardan 13 nəfəri Birləşmiş Krallıq, 3 nəfəri isə ABŞ-da təhsilini davam etdirəcək. Məzunlardan ikisi ABŞ-ın Harvard Universitetinə qəbul olub.

Məzunlardan 10-u 2023-cü ilin, 6-sı isə əvvəlki illərin məzunudur.

 

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024