ECOLEAD layihəsi uğurla icra olunur

10/05/2025

ECOLEAD (Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq-mühafizə tədbirləri) layihəsi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Paytaxtın Suraxanı rayonunda keçirilən aksiya zamanı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, prokurorluğun rəhbər heyəti və prokurorluq əməkdaşları, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və Universitetin əməkdaşları, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin rəhbər heyəti və əməkdaşlarının iştirakı ilə 2 ha ərazidə 500 ədəd ağac əkilib.

Qeyd edək ki, 2024-cü ildə Baş Prokurorluğun təşəbbüsü  əsasında icrasına başlanılan “ECOLEAD” layihəsi çərçivəsində bu günədək Bakı şəhərinin Suraxanı, Nəsimi, Binəqədi, Yasamal və Xətai rayonları ərazisində ümumilikdə 10 ha ərazidə 2200-dən çox ağac əkilib.

Hazırda Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Qarabağ Universiteti tərəfindən birgə həyata keçirilən “ECOLEAD” layihəsindən irəli gələn məqsədlərin gələcəkdə də icrası nəzərdə tutulur.

Xəbərlər

Müstəqilliyimiz milli sərvətimizdir

Müstəqilliyimiz milli sərvətimizdir
28/05/2026

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı
27/05/2026

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib
26/05/2026