Ekologiya və torpaqşünaslıq fakültəsinə 3 ixtisas üzrə tələbə qəbulu aparılır

18/08/2022

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində 5 kafedra  - Ekoloji kimya, Coğrafi ekologiya, Bioekologiya, Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı və Həyat fəaliyyətinin təhlükəsizliyi kafedraları fəaliyyət göstərir. Fakültənin tələbə və magistrantları BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstrən Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tətqiqat laboratoriyasında da tədqiqat aparmaq imkanına malikdirlər.

Bakalavriat səviyyəsində 3 ixtisas – ekologiya, torpaqşünaslıq və aqrokimya, yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir.

“Ekologiya” ixtisası üzrə məzunlar elm-təhsil-istehsalatı əhatə edən bütün dövlət idarə və müəssisələrdə, həmçinin özəl təşkilatlarda çalışa bilərlər. Bunlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, SOCAR, BP, Qida Təhlükəsizliyi Agentliyi və onların tabeliyindəki müəssisələr aiddir.

“Torpaqşünaslıq və aqrokimya” ixtisası üzrə məzunlar Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onunların tabeliyindəki müəssisələr, həmçinin fermer təsərrüfatlarında, torpaq analizi laboratoriyalarında və digər qrumlarda çalışa bilərlər.

“Yerquruluşu və daşınmaz əmlakın kadastrı” ixtisası üzrə məzunlar Əmlak Məsələləri Dövlət Xidməti, Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və onların tabeliyendəki müəssisələrdə, həmçinin bir çox özəl şirkətlərdə çalışa bilərlər.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Xəbərlər

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib
04/11/2026

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi
04/11/2026

BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar

BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar
04/11/2026