Ekologiya və torpaqşünaslıq fakültəsində elmi seminar keçirilib

27/01/2022

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində onlayn elmi seminar keçirilib. Seminarda Ekologiya və torpaqşünaslıq fakültəsinin professor-müəllim heyəti, doktorantlar, magistrlər və fakültənin digər əməkdaşları iştirak edib.

Seminarda Bioekologiya kafedrasının doktorantı Səbinə Cəfərzadə “Böyük Qafqazın şimal-şərq hissəsinin Pyrus L. cinsi növlərinin in situ və ex situ şəraitində eko-bioloji xüsusiyyətləri” və Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının doktorantı Günel Əliyeva “Gilgilçay hövzəsi torpaqlarının ekoloji qiymətləndirilməsi və monitorinqi” mövzularında məruzə ediblər.

Səbinə Cəfərzadə məruzədə Böyük Qafqazın şimal-şərq hissəsində yabanı armud növlərinin in situ və ex situ şəraitində ekobioloji xüsusiyyətlərini elmi cəhətdən əsaslandırmaqla perspektivliyinin qiymətləndirilməsi, tədqiq olunan bitkilərin taksonomiyası, xarakteristikası və bioekoloji xüsusiyyətləri, tədqiq olunan bitkilərin çoxalma xüsusiyyətləri, onların abiotik və biotik amillərə qarşı münasibəti haqqında çıxış edib.

Günel Əliyeva məruzədə Gilgilçay hövzəsi torpaqlarının müasir ekoloji vəziyyəti, torpaqların əsas və yekun bonitet şkalasının tətrib edilməsi, ekoloji ballarının tapılması və torpaqların bonitirovka və ekoloji qiymət xəritələrinin tərtibi, Gilgilçay hövzəsi landşaft kompleksləri üzərində ekoloji monitorinqin təşkil edilməsi nəticəsində təbii landşaftların sahəsinin azalması və aqrolandşaftların sahəsinin artırılmasından bəhs edib.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Xəbərlər

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
04/10/2025

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb
04/10/2025

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub
03/10/2025