Ekologiya və torpaqşünaslıq fakültəsinin professor-müəllim heyətinin Bakı şəhəri 53 saylı orta məktəbdə şagidlərlə görüşü keçirilib

23/05/2014

Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Təhsil Nazirliyi tərəfindən başlanılmış, abituriyentlərin ixtisas seçiminə dəstək məqsədilə “İxtisas seçimi” adlı kampaniya çərçivəsində Bakı Dövlət Universiteti Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekologiya, Torpaqşünaslıq və aqrokimya, Yerquruluşu və kadastr ixtisaslarının tanıtımı məqsədilə professor-müəllim heyətinin Bakı şəhəri 53 saylı orta məktəbdə şagidlərlə görüşü keçirilib. Görüşdə fakültənin dekanı prof.N.T.Şəmilov, Coğrafi ekologiya kafedrasının müdiri prof.Ş.Y.Göyçaylı, Bioekologiya kafedrasının müdiri prof.N.A.Sadıqova, Yerquruluşu və kadastr kafedrasının müdiri dos.T.N.Nizamzadə, Coğrafi ekologiya kafedrasının professoru T.A.Xəlilov, həmin kafedranın baş müəllimi R.T.Tahirov iştirak ediblər. Görüş zamanı fakültə və orada bakalavr hazırlığı ilə əlaqədar dekan prof.N.T.Şəmilov çıxış edib, ixtisasların xüsusiyyətləri barədə slayd nümayiş etdirilib. Prof. Ş.Y.Göyçaylı şagirdlər qarşısında maraqlı məzurə ilə çıxış edib.

Mətbuat və informasiya şöbəsi, 23 may 2014-cü il.

Xəbərlər

BDU-nun doktorantı Türkiyənin Qazi Universitetində tədqiqatlar aparıb

BDU-nun doktorantı Türkiyənin Qazi Universitetində tədqiqatlar aparıb
04/10/2023

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub
04/10/2023

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun alimi BDU tələbələri ilə görüşüb

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun alimi BDU tələbələri ilə görüşüb
04/10/2023