Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi BMT-də

09/02/2015

BMT-nin Nyu-York qərargahında BMT-nin İqtisadi və Sosial Şurasının (EKOSOK) və BMT-nin Gənclər üzrə Elçisinin Ofisinin birgə təşkilatçılığı ilə Gənclər Forumu keçirilib. Forum 2015-ci ildən sonrakı inkişaf gündəliyində gənclərin rolunu müzakirə etmək üçün təşkil edilib. Forumda BMT ölkələrini təmsil edən gənclərin interaktiv müzakirələri nəticəsində əldə edilən nəticə və təkliflər Şuranın İllik Nazirlər səviyyəsindəki İcmalına daxil ediləcək. 
2015-ci ildən sonrakı İnkişaf Gündəliyində gənclərin rolunun təmsil edilməsi məqsədi ilə hələ 2014-cü ildə Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası, BMT-nin İnkişaf  Proqramı, BMT Əhali Fondu və Gənclər və İdman Nazirliyi ilə 2015-ci ildən sonrakı inkişaf mərhələsi üzrə milli məsləhətləşmələr keçirib və bu məsləhətləşmələrdə əsas hədəf qrupu kimi gəncləri seçib. 
BMT-nin Nyu-York Qərargahında keçirilən forumda Azərbaycanı ölkənin aparıcı gənclər təşkilatlarından olan Bizim Gənclik İctimai Birliyinin sədri, Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurasının nümayəndəsi, Bakı Dövlət Universiteti Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi Sona Əlizadə təmsil edib. O, Forumda çıxış edərək Azərbaycanın gənclər sahəsindəki siyasəti, əldə etdiyi nəticələr və Azərbaycanda gənclərlə aparılmış 2015-ci ildən sonrakı inkişaf mərhələsi üzrə milli məsləhətləşmələr haqqında ətraflı məlumat verib.

Mətbuat və informasiya şöbəsi, 09 fevral 2015-ci il.


Xəbərlər

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026