Finlandiyalı təhsil ekspertləri BDU-da olublar

29/09/2015

Helsinki Universitetinin Davamlı təhsil palmeniya mərkəzinin rəhbəri Kauko Hamalaynen və Fin təhsilin qiymətləndirilməsi mərkəzinin baş planlaşdırma mütəxəssisi Sirpa Moitus “Twininq” layihəsi çərçivəsində Bakı Dövlət Universitetində olublar. Təhsilin keyfiyyətinin qiymətləndirilməsi məqsədi ilə baş tutan görüşdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə, Tədris elektron mərkəzinin müdiri, professor Məlahət Qurbanova, Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova, Tədris hissəsinin rəisi İbad İbadov və tyutorlar iştirak ediblər.

2005-ci ildən Azərbaycan universitetlərinin Boloniya prosesinə imza atdığını deyən prorektor Aydın Kazımzadə  Bakı Dövlət Universitetində  bu prosesin tətbiq edilməsindən danışıb, təhsilin keyfiyyətinin qiymətləndirilməsi sisteminin xarici standartlara uyğun olması barədə məlumat verib. Universitetdə təhsilin keyfiyyətinin qiymətləndirilməsi məqsədilə yaradılan mərkəzlər haqqında danışan prorektor  Tədris elektron mərkəzinin bu növ qurumlara aid olduğunu qonaqların nəzərinə çatdırıb. Qiymətləndirilmədə obyektivliyin əsas tutulduğunu vurğulayan prorektor İradə Əliyeva, eyni zamanda, tədrisin qiymətləndirilməsi prosesinin tələbələr arasında rəy sorğusu və metodiki şuranın dərslərdə iştirakı vasitəsilə aparıldığını bildirib. Prorektorun sözlərindən məlum olub ki, qiymətləndirmədən keçməyən müəllimlər ixtisasartırma kurslarına cəlb olunurlar.

Tədbirdə Bolonya Prosesinin və Avropa Kredit Transfer Sisteminin tətbiqi üzrə əldə edilən nailiyyətlər, qarşıya çıxan problemlər və onların həlli yolları geniş müzakirə olunub. Sonda qonaqlar universitetin Tədris Elektron Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Mətbuat və informasiya şöbəsi, 29 sentyabr 2015-ci il.



Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024