Elan

08/04/2022

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

 

Magistrantların və gənc tədqiqatçıların "ŞUŞA İLİ"nə həsr olunmuş

"FİZİKA VƏ ASTRONOMİYA PROBLEMLƏRİ" adlı

XXII Ümumrespublika elmi konfransı

 

 

Bakı, 20 may 2022-ci il

Konfransın bölmələri:

 

1)       Nəzəri fizika, nüvə fizikası və astrofizika.

2)       Biofizika və molekulyar fizika.

3)       Bərk cisimlər və yarımkeçiricilər fizikası.

4)       Nanoquruluşlann fizikası və nanotexnologiyası.

5)       Fiziki elektronika.

6)       Fizikanın tədrisi metodikası.

 

Tezislərin tərtibatına və göndərilməsinə dair qaydalar:

 

 

Kağız formatı – A5 (14,85x21 sm), kənar sahələr – hər tərəfdən 1.8 sm.

Şrift, şriftin ölçüsü – Mətnin bütün hissələrində şrift Calibri, şriftin ölçüsü 12 pt.

interval və məsafələr – Sətirarası məsafə 1 interval, abzas məsafəsi 0.75 sm (Tab-sız və probelsiz).

Məruzənin adı – baş hərflərlə, tünd şriftlə, mərkəzə düzlənmiş.

Müəllif(lər)in Soyadı A.A., elektron ünvanı – tünd şriftlə, mərkəzə düzlənmiş (məruzə edəcək müəllifin adının altında xətt çəkilir).

Təhsil (elmi-tədqiqat) müəssisəsi – kursiv şriftlə, mərkəzə düzlənmiş.

Əsas mətn – adi şriftlə, kənarlara düzlənmiş.

Şəkil, qrafik və cədvəllər – mətndə istinaddan sonra verilir, birdən artıq olduqda nömrələnir.

Formullar – bütün formullar, kəmiyyətlər və vahidlər formul redaktoru ilə yazılır.

Konfrans materiallarının dili – azərbaycan, ingilis və rus.

Faylın formatı və adlandırılması – Faylın formatı – .docx, adı – bölmənin nömrəsi_birinci müəllifin soyadı (2_Rəhimzadə.docx).

Ədəbiyyat siyahısı – sonda mətndə istinad olunmuş mənbələrin ədəbiyyat siyahısı verilir.

Tezisin həcmi – şəkillər, qrafiklər, cədvəllər və ədəbiyyat siyahısı da daxil olmaqla tam 2 səhifə.

Məruzələrin son göndərilmə tarixi: 1 may 2022-ci il

Məruzələrin elektron variantının göndəriləcəyi ünvan: conferencebduphysics@gmail.com

Əlaqə nömrəsi: (+994) 51 398 04 64 / (+994) 55 960 15 45

Xəbərlər

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım günüdür

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım günüdür
15/04/2024

BDU-nun SABAH qruplarının tələbələri “Maarifçi” təcrübə-təqaüd proqramının qalibi olublar

BDU-nun SABAH qruplarının tələbələri “Maarifçi” təcrübə-təqaüd proqramının qalibi olublar
15/04/2024

BDU tələbəsi Praqada Qış Hüquq Məktəbində iştirak edib

BDU tələbəsi Praqada Qış Hüquq Məktəbində iştirak edib
15/04/2024