ELAN

17/05/2018

BAKI DÖVLƏT UNİVERSİTETİ

2018/2019-cu tədris ilində aşağıdaki ixtisaslar üzrə ödənişli əsaslarla əyani formada yenidənhazirlanma təhsili almaq üçün qəbul

 

E L A N    E D İ R

  1. Coğrafiya müəllimliyi
  2. Turizm və otelçilik
  3. Kimya müəllimliyi
  4. Biologiya müəllimliyi
  5. Fizika müəllimliyi
  6. Riyaziyyat müəllimliyi
  7. İqtisadiyyat
  8. İnformatika müəllimliyi
  9. Tarix müəllimliyi

10.  Beynəlxalq münasibətlər

11.  Azərbaycan dili və ədəbiyyat müəllimliyi

12.  Rus dili və ədəbiyyatı müəllimliyi

13.  Psixologiya

14.  Sosial iş

 

Yenidənhazırlanma təhsili müəssisə, təşkilat,idarə və ayrı ayrı vətəndaşlarla Bakı Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq ilkin  baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə müsabiqədə iştirak edə bilərlər.

Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

-          Rektorun adına ərizə;

-         Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti;

-         3x4 sm ölçüdə 6 ədəd fotoşəkil;

-         Sağlamlıq  haqqında arayış

-         Şəxsiyyət vəsiqəsinin surəti;

-         Təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi;

Sənədlər 2018-ci ilin may ayının 18-dən (istirahət günlərindən başqa) iyul ayının 4-dək  saat 10:00-17:00-dək BDU-nun əsas binasında (otaq 247) qəbul edilir.

Yenidənhazırlanma təhsili almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər yenidənhazırlanma təhsilinə qəbul edilirlər.

 

Ünvan: Akademik Zahid Xəlilov küçəsi-23

Telefon: (012) 539-06-86

REKTORLUQ

 

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026