ELAN!

19/03/2012

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ, BAKI DÖVLƏT UNİVERSİTETİ Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda və Elmi-Tədqiqat Laboratoriyalarında aşağıda göstərilən ştatlar üzrə boş yerləri tutmaq üçün müsabiqə elan edir:

Fizika Problemləri Elmi Tədqiqat İnstitutu üzrə:

Bioloji sistemlər fizikası şöbəsi üzrə:

Kiçik elmi işçi –1 yer

Zərif üzvi sintez elmi-tədqiqat laboratoriyası üzrə:

Böyük elmi işçi –2 yer

Kiçik elmi işçi –1 yer

Kiçik elmi işçi –0,5 yer

Qeyrizvi materialşünaslıq elmi-tədqiqat laboratoriyası üzrə:

Aparıcı elmi işçi, laboratoriya müdiri –1 yer

Elmi işçi –1 yer

Elmi işçi –0,5 yer

Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyası üzrə:

Kiçik elmi işçi –1 yer

Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə elmi-tədqiqat laboratoriyası üzrə:

Kiçik elmi işçi –0,5 yer

Qeyd: Sənədlər bu elan dərc olunan gündən bir ay müddətində təqdim edilməlidir. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini mövcud Əsasnaməyə müvafiq olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim etməlidirlər.

Ünvan: Bakı şəhəri, Z.Xəlilov küç.23, AZ-1148, II-ci tədris binası, 2-ci mərtəbə, otaq 227, 229, tel: 539-04-43.

REKTORLUQ


Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda və Elmi-Tədqiqat Laboratoriyalarında ştatda boş olan vəzifələri tutmaq üçün 17 mart 2012-ci il tarixli «Azərbaycan» qəzetində elan olunmuş müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin

SİYAHISI:

  1. Bakı Dövlət Universitetinin Rektorunun adına ərizə.
  2. Əmək kitabçasından çıxarış.
  3. Kadrların şəxsi uçot vərəqəsi.
  4. Tərcümeyi-hal.
  5. 3x4 ölçüdə 2 ədəd rəngli fotoşəkil.
  6. Son iş yerindən xasiyyətnamə (təşkilatın rəhbəri tərəfindən verilmiş və təşkilatın möhürü ilə təsdiqlənmiş).
  7. Ali təhsil, alimlik dərəcəsi (fəlsəfə doktoru, elmlər doktoru), elmi ad (dosent, professor) verilməsi haqqında diplomların təsdiq olunmuş surətləri.
  8. Bütün elmi fəaliyyəti  dövründə dərc olunmuş elmi əsərlərin siyahısı (təşkilatın elmi katibi tərəfindən təsdiq olunmuş, təşkilatın möhürü olan).
  9. Şəxsiyyət vəsiqəsinin surəti.

Qeyd: Sənədlər elan dərc olunan gündən bir ay müddətində qəbul olunur. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini aprel ayının 16-dək aşağıdakı ünvana təqdim etməlidirlər.

Ünvan: Bakı şəhəri, Z.Xəlilov küç.23, AZ-1148, II-ci tədris binası, 2-ci mərtəbə, otaq 227, 229. Tel: 539-04-43

Şöbə müdiri, baş elmi işçi, aparıcı  elmi işçi,  böyük elmi işçi, elmi işçi və kiçik elmi işçi vəzifələrini tutmaq üçün a n k e t   f o r m a s ı

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024