ELAN: “Ən yaxşı layihə”

09/03/2022

BAKI DÖVLƏT UNİVERSİTETİ

 

27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş

BDU-nun tələbələri (bakalavr və magistrantlar) arasında

“Ən yaxşı layihə”

nominasiyası üzrə müsabiqə elan edir

 

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə  27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş BDU-nun tələbələri (bakalavr və magistrantlar) arasında “Ən yaxşı layihə” nominasiyası üzrə müsabiqə keçiriləcək.

Mütəmadi olaraq keçirilməsi nəzərdə tutulan müsabiqənin məqsədi təhsil, elmi-tədqiqat və innovasiya fəaliyyəti kimi bacarıqlara malik istedadlı tələbələri seçmək,  onlarda innovativ sahibkarlıq fəaliyyətini həyata keçirə bilmək bacarıqlarını təşviq və inkişaf etdirmək, fərqlənən BDU tələbələrini mükafatlandırmaqdır.

Müsabiqə qaliblərinin mükafatlandırılması:

Müsabiqə üzrə qaliblər diplom və pul mükafatları ilə təltif ediləcəklər:

 

1-ci yer:

  • Bir layihə – 1500 manat.

2-ci yer:

  • Bir layihə – 1000 manat.

3-cü yer:

  • Bir layihə – 500 manat.

 

BDU-nun tələbələri (bakalavr və magistrantlar) müsabiqədə fərdi və ya komanda (3 nəfərdən ibarət) şəklində iştirak edə bilərlər.

Diqqət! Təklif olunan layihə müsabiqənin aşağıdakı 5 kateqoriyasından ən azı birinə aid və layihənin elmi ideyası yeni olmalıdır.

Müsabiqənin kateqoriyaları:

  • Sosial yönümlü texnologiyalar və sosial innovasiyalar
  • Ağıllı şəhər, kənd və ev konsepsiyası
  • Alternativ enerji sistemləri
  • Su və enerji ehtiyatlarına qənaət sistemləri və “ağıllı həllər”
  • İtkisiz texnologiyalar və təkrar emal: yeni yanaşmalar

Qeyd edilən şərtlər daxilində hazırlanmış layihələr 2022-ci il 30 mart tarixinə qədər genclayihe@bsu.edu.az elektron ünvanına göndərilməlidir.

Layihələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qalib layihələr üzrə ideyaların reallaşdırılması üçün şərait yaradılacaq.

Müsabiqədə iştirak etmək üçün müraciət, komandaların və layihələrin tərtib edilmə qaydaları:

Diqqət! Bütün Formalar 12 ölçülü Calibri şrifti ilə, 1 intervalla doldurulmalıdır

Xəbərlər

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
28/04/2026

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa
28/04/2026

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
28/04/2026