ELAN: “Postmüharibə dövründə sosial işin verə biləcəyi töhfələr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

21/09/2021

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin və Azərbaycan Sosial İş İctimai Birliyinin (AZSİB) təşkilatçılığı ilə 2021-ci ilin 16-17 noyabr tarixlərində “Postmüharibə dövründə sosial işin verə biləcəyi töhfələr” mövzusunda onlayn beynəlxalq elmi konfrans keçiriləcəkdir.

Məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlyevin imzaladığı “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağda məskunlaşma prosesində sosial işin rolunu müəyyənləşdirmək, bu istiqamətdə dünya ölkələrinin təcrübəsini öyrənmək, məskunlaşma ilə bağlı ölkə daxilində məsul olan müvafiq qurumların mövqeləri ilə tanış olaraq onlarla birgə fəaliyyət planını tərtib etmək və sosial tədbirlərin istiqamətlərini aydınlaşdırmaqdır.

Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:

  1. Əhalinin Qarabağa geri dönüşündə sosial işin rolu;
  2. Müharibədən əziyyət çəkmiş mülki əhali, hərbçilər və onların ailə üzvləri, məcburi köçkünlər, şəhidlərin ailə üzvləri, qazilər və onların ailə üzvləri ilə sosial iş;
  3. Qarabağın sosial-iqtisadi reinteqrasiya prosesində sosial işin rolu;
  4. Qarabağda həyata keçirilməkdə olan “Ağıllı şəhər” və ”Ağıllı kənd” layihələrində sosial işçilərin rolu;
  5. Postmüharibə dövründə sosial işçilərin təlimi;
  6. Qarabağda dövlətin sosial xidmət siyasətinin həyata keçirilməsində sosial işçilərin rolu.

Tezislərin tərtib olunma qaydaları:

Həcmi 500 sözdən çox olmamalı, format A4, şrift Times New Roman, yuxarıdan  2,7 sm, aşağıdan 2,0 sm, soldan 2,0 sm, sağdan 2,5 sm, şrift 11, interval 1.

Tezisin quruluşu:

Tezisin adı: böyük hərflərlə, qalın şrift, ölçü 11

Müəllifin soyadı, adı, atasının adı: qalın şriftlə, ölçü 11

Təşkilat, şəhər və ölkənin adı: adi şriftlə, kursiv, ölçü 12

Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis və rus.

Konfransın elmi istiqamətlərinə uyğun gəlməyən tezislər qəbul edilməyəcəkdir.

Konfransın materialları (məqalə və tezislər toplusu) nəşr ediləcək və iştitrakçılara müvafiq setifikatlar veriləcəkdır.

Tezislərin son göndərilmə tarixi: 25 oktyabr 2021-ci il

E-poçt: social_ish@bsu.edu.az


Konfransın keçiriləcəyi yer və əlaqə:

Bakı Dövlət Universiteti,

AZ1148, Z.Xəlilov küç., 33.

Tel: (+99412) 539 03 97

Mob: (+99470) 315 79 92

 

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024