Elmi kitabxananın filialı fəaliyyətə başlayıb

18/09/2014

Bakı Dövlət Universitetinin Elmi kitabxanasının Şərqşünaslıq fakültəsində yerləşən  “Azərbaycanşünaslıq və Şərq” şöbəsi istifadəyə verilib. Şöbə Azərbaycan, Cənubi Qafqaz, Mərkəzi Asiya, Cənub-Şərqi Asiya, Yaxın Şərq və b. ölkələr haqqında zəngin fonda malikdir. Şöbədə Azərbaycan, Cənubi Qafqaz, Mərkəzi Asiya və Şərq ölkələrinin elminə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə, incəsənətinə və coğrafiyasına dair Azərbaycan rus, türk, ərəb, fars, ibri, urdu, yapon, Çin, Koreya, ingilis, fransız və alman dillərində nadir nüsxəli kitab, jurnal, XIV və XVIII əsrlərə aid 94 əlyazma toplanıb. Şöbənin ən qədim əlyazmaları ərəb dilində Şeyx Hadinin “Şəriətin varisliyi üzrə cədvəl” (1308), Əlişir Nəvainin, Ömər Xəyyamın, Məhəmməd Füzulinin fars və ərəb dilində əlyazma kitablarıdır.

Həmçinin şöbədə Azərbaycanın tarixi keçmişi və bu günü haqqında geniş məlumat verən çoxsaylı ədəbiyyat toplanıb. “Əkinçi” (1876-1877), “Füyuzat” (1906-1907, 1920-1921), “Füqəreyi Füyuzat” (1921), “Dəbistan” (1906-1910), “Molla Nəsrəddin” (1909-1930), “Zənbur” (1909-1910), “Babaye-Əmir” (1915), “Tərbiyyət ətfal” (1907), “Azərbaycan” və s. jurnallar saxlanılır. Həmin jurnalların biblioqrafiq təsviri elektron kataloqa daxil edilib.

Mətbuat və informasiya şöbəsi, 18 sentyabr 2014-cü il.


Xəbərlər

BDU-da “Asılılıqdan azadlığa” mövzusunda elmi-praktik seminar

BDU-da “Asılılıqdan azadlığa” mövzusunda elmi-praktik seminar
22/06/2026

BDU-nun gənc tədqiqatçısı  Tərtərdə mineral gübrələrin ekoloji təsirini araşdırır

BDU-nun gənc tədqiqatçısı  Tərtərdə mineral gübrələrin ekoloji təsirini araşdırır
22/06/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Müsabiqələrində 8 medal qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Müsabiqələrində 8 medal qazanıb
19/06/2026