Elmi Şuranın genişləndirilmiş iclası keçiriləcək

06/07/2012

9 iyul 2012-ci il tarixində Bakı Dövlət Universiteti Elmi Şurasının genişləndirilmiş iclası keçiriləcək. İclası universitetin rektoru, akademik Abel Məhərrəmov açacaq.

2011/2012-ci tədris ilində yay imtahan sessiyasının və buraxılış kurslarında Yekun Dövlət attestasiyasının nəticələri, həmçinin 2011/2012-ci tədris ilində yay tədris və istehsalat təcrübələrinin keçirilməsi, yay semestrinin təşkili ilə bağlı Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor  İradə Əliyeva çıxış edəcək. Eyni zamanda universitetin beynəlxalq əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə prorektor, dosent Şəlalə Məmmədova məruzə edəcək. Şurada elmi adların verilməsi, müsabiqənin keçirilməsi, eləcə də cari məsələlərə də baxılacaq.

Mətbuat və informasiya şöbəsi, 06 iyul 2012-ci il

Xəbərlər

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub
17/09/2026

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub
17/09/2026

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026