Elmi Şuranın növbəti iclası keçirilib

28/12/2010

Bu gün Bakı Dövlət Universitetində Böyük Elmi Şuranın növbəti iclası keçirilib.2010-cu ilin universitet üçün də uğurlu olduğunu deyən rektor, akademik Abel Məhərrəmov universitetdə yeni elmi strukturların yaranmasından, tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir neçə qurum fəaliyyətə başlamasından, eyni zamanda, beynəlxalq əlaqələrin daha da genişləndirilməsi sahəsində çox ciddi işlərin görülməsindən danışıb. Akademik Abel Məhərrəmov ulu öndər Heydər Əliyevin elmə, təhsilə böyük qiymət verdiyini, həmin siyasətin bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkə rəhbərinin imzaladığı hər 3 sərəncamdan birinin elm və təhsillə bağlı olduğunu bildirib.Tədbirdə tədris işləri üzrə prorektor, professor Vüsət Əfəndiyev gündəlikdəki məsələlərlə bağlı fikirlərini bölüşüb.Sonra Şura üzvlərini maraqlandıran suallar cavablandırılıb.Elmi Şuranın iclasında 3 əsas məsələ üzrə qərar qəbul edilib: Qış imtahan sessiyasına hazırlıq, ingilis dilinin daha intensiv tədrisi və dünya iqtisadiyyatı fənni üzrə tədris proqramlarının yeniləşməsi.Elmi Şuranın iclasında bəzi alim və müəllimlərə elmi dərəcələrin verilməsi, Erməni Araşdırmaları Elmi Mərkəzi üçün daha geniş imkanların yaradılması barədə də qərar qəbul edilib.

 

Mətbuat və informasiya şöbəsi



Xəbərlər

Milli kimliyimizin simvolu - ana dilimiz

Milli kimliyimizin simvolu - ana dilimiz
01/08/2026

BDU-nun akademik heyəti üçün təlim: Klinik sosial iş

BDU-nun akademik heyəti üçün təlim: Klinik sosial iş
31/07/2026

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində uğurla təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində  uğurla təmsil olunur
30/07/2026