ECONANO TEMPUS layihəsinin I mərhələsi başa çatıb

26/01/2015

İtaliyanın La Sapienza Roma Universitetinin  koordinatorluğu ilə Bakı Dövlət Universitetində həyta keçirilən ECONANO TEMPUS layihəsinin I mərhələsi başa çatıb. Bu mərhələdə ECONANO tələbələrinə 3 ay müddətində 6 moduldan ibarət  9 fənndən, layihədə iştirak edən universitetlərin professor və müəllimləri tərəfindən mühazirələr oxunub, praktiki məşğələlər və laboratoriya dərsləri keçilib. Yanvarın 21-22-də La Sapienza Roma Universitetinin professoru Luka Di Palma tələbələrdən imtahan götürüb. İmtahanı müvəffəqiyyətlə verən tələbələrdən 9 nəfər İtaliyanın La Sapienza Roma, 2 nəfər Yunanıstanın Patras və 1 nəfər Fransanın Paris 13 Universitetinə 3 ay müddətində oxumaq üçün seçilib. Tələbələrin təhsili ECONANO layihəsinin maliyə dəstəyi ilə həyata keçiriləcək. Professor Luka Di Palma ECONANO layihəsinin icrasının müvəffəqiyyətlə keçməsinə şərait yaratığına görə Bakı Dövlət Universitetinin rəhbərliyinə, layihənin Azərbaycan üzrə koordinatoru, professor Məmmədəli Ramazanova və layihədə iştirak edən professor və müəllimlərə öz təşəkkürünü bildirib.

Mətbuat və informasiya şöbəsi, 26 yanvar 2015-ci il.

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026