Eskişehirdə BDU-nun həmtəşkilatçılığı ilə azərbaycanlılara qarşı törədilmiş soyqırımlara həsr olunmuş konfrans keçirilib

11/04/2025

Bakı Dövlət Universiteti (BDU), "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Türkiyənin Anadolu Universiteti və Eskişehir-Azərbaycan Dərnəyinin birgə təşkilatçılığı, Azərbaycanın Türkiyədəki səfirliyinin tərəfdaşlığı ilə aprelin 11-də “Erməni problemi və XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırım və sürgünlər” mövzusunda panel-konfrans keçirilib.

Anadolu Universitetində keçirilən tədbir Türkiyə və Azərbaycan Dövlət himnlərinin səsləndirilməsi və soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirin moderatoru, Anadolu Universitetinin Heydər Əliyev Tətbiq və Tədqiqat Mərkəzinin müdiri, professor Burhan Sayılır iştirakçıları salamlayıb və konfrans barədə məlumat verib.

Açılış nitqləri ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova və Eskişehir -Azərbaycan Dərnəyinin sədri Cavid Aydın çıxış ediblər. Nitqlərdə XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımların tarixi faktlarla dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi vurğulanıb.

Tədbirin panel müzakirələrində Anadolu Universitetinin Hüquq fakültəsinin professoru  Gökhan Güneysu, BDU-nun Tarix fakültəsinin dosenti Aydın Məmmədov təqdimatla çıxış ediblər. Məruzələrdə XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımların tarixi sənədlər və arxiv materialları əsasında təhlili aparılıb, hadisələrin səbəbləri və nəticələri elmi əsaslarla izah olunub.

Tədbir mövzu ilə bağlı sual-cavab sessiyası ilə davam edib.

Qeyd edək ki, keçirilmiş panel-konfrans aprelin 9-da İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetində təşkil olunmuş analoji tədbirin davamıdır. Azərbaycan həqiqətlərinin beynəlxalq elmi platformalarda sistemli şəkildə təqdim olunması məqsədi daşıyan konfransların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Xəbərlər

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda
22/05/2026

BDU-nun Hüquq fakültəsi WUF13 çərçivəsində xüsusi mühazirə təşkil edib

BDU-nun Hüquq fakültəsi WUF13 çərçivəsində xüsusi mühazirə təşkil edib
21/05/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qazaxıstanda Birinci Bakı Türkoloji Qurultayına həsr olunmuş Beynəlxalq simpozium keçirilir

BDU-nun həmtəşkilatçılığı ilə Qazaxıstanda Birinci Bakı Türkoloji Qurultayına həsr olunmuş Beynəlxalq simpozium keçirilir
21/05/2026