Çex Respublikasının Prezidenti BDU-da

16/09/2015

Ölkəmizdə səfərdə olan Çex Respublikasının Prezidenti Miloş Zeman Bakı Dövlət Universitetinin professor-müəllim və tələbə heyəti ilə görüşüb. Rektor, akademik Abel Məhərrəmov Çexiya Respublikasının Prezidenti, elmin, təhsilin və demokratiyanın inkişafına layiqli töhfələr vermiş Miloş Zemanın universitetə gəlişinin əhəmiyyətindən danışıb, bunu BDU-nun tarixində ən əlamətdar günlərdən biri kimi xarakterizə edib. Rektor Azərbaycan və Çex Respublikalarının tarixi köklərindən, müstəqillik əldə etdikdən sonra iki dövlət arasındakı diplomatik əlaqələrin inkişafından, dövlətlərarası yüksək səviyyəli strateji müttəfiqliyin mövcudluğundan, iqtisadiyyat, mədəniyyət, təhsil, elm və digər sahələrdəki sıx əməkdaşlınqdan da bəhs edib. Ümummilli lider Heydər Əliyevin Azərbaycan ilə Çex Respublikası arasındakı dostluq əlaqələrinin inkişafına hər zaman diqqət yetirdiyini deyən rektor həmin siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bakı Dövlət Universiteti haqqında məlumat verən rektor onun beynəlxalq əlaqələrindən, bu ölkənin bir neçə ali təhsil ocaqları, o cümlədən Kimya Texnologiyaları İnstitutu, Palatski Universiteti və Masarik Universiteti ilə sıx münasibətindən də bəhs edib.

Daha sonra prezident Miloş Zeman Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edib. Ali qonaq ölkələrarası münasibətlərdən danışıb, elm və təhsil sahəsində əlaqələrin hazırkı durumundan razılıq ifadə edib və onun daha da inkişafının vacibliyini qeyd edib.

Sonra Çex Respublikasının Prezidenti Miloş Zeman tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, prezident Miloş Zeman 1944-cı il sentyabr ayının 28-də  Kolin şəhərində anadan olub. Praqa İqtisadiyyat Universitetini fərqlənmə ilə bitirərək həmin universitetdə dərs deməyə başlayıb. O, 1996-cı ildə parlamentin deputatlar palatasının sədri seçilib, 1998-ci ildə Çexiyanın Baş naziri olub. 2013-cü ildə Çexiyanın Prezidenti seçilib.

Görüşdə Azərbaycanın Cex Respublikasındakı səfiri Fərid Şəfiyev və həmin ölkənin Azərbaycandakı səfiri Vitezslav Pivonka da iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 16 sentyabr 2015-ci il.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025