Çexiyanın Karlova Universitetinin professorları BDU-da zooloji tədqiqatlara dair müzakirələr aparıblar

12/05/2023

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Çexiyanın Karlova Universitetinin Zoologiya departamentinin Onurğasızlar zoologiyası bölümünün professoru Vera Opatova tərəfindən “Zooloji tədqiqatlarda müasir metodlar” mövzusunda elmi seminar keçirilib. Seminarda Çexiya Respublikasının Azərbaycandakı səfirinin birinci müavini Martin Luboyatski, BDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Biologiya fakültəsinin dekanı Afət Məmmədova, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Martin Luboyatski, Şahin Pənahov və Afət Məmmədova Çexiyanın Karlova Universiteti ilə əməkdaşlığın davam etməsinin gənclər üçün yeni imkanlar qazandırdığını diqqətə çatdırıblar.  

Daha sonra Vera Opatova qrupu ilə birgə apardığı elmi tədqiqatların istiqamətləri,  müxtəlif areallarda yayılan hörümçək növləri, onların genetik, molekulyar cəhətdən öyrənilməsi məsələləri haqqında məlumat verib. O, Aralıq dənizi ətrafında hörümçəklərin molekulyar və genetik analizlərini apararaq, onların növ tərkibini dəqiqləşdirdiyini, xarici görünüşü eyni olan hörümçəklərin ekoloji cəhətdən fərqlənməsini və təcrid olunma səbəblərini izah edib.

Karlova Universitetinin Zoologiya bölümünün professoru Miroslav Svatora təmsil etdiyi ali məktəblə BDU-nun Biologiya fakültəsi arasında 50 ilə yaxın əməkdaşlığın olduğunu bildirib. BDU ilə Karlova Universiteti  “ERAMUS+” proqramı çərçivəsində ikitərəfli sazişi möhkəmləndirib və memorandum imzalayıb. O, Azərbaycanda apardıqları elmi-tədqiqat  işləri və nəticələri haqqında məlumat verib.

 

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026