Çexiyanın Karlova Universitetinin professoru BDU-da elmi seminar keçib

19/05/2023

Bakı Dövlət Universitetinin Biologiya fakültəsində “Aqressiya və onun  təkamülü” mövzusunda elmi seminar keçirilib. Çexiyanın Karlova Universitetinin Zoologiya kafedrasının Ekologiya və etologiya bölümünün professoru Daniel Frinta mövzü ilə bağlı çıxış edib.

Daniel Frinta məruzəsində onurğalı heyvanların aqressiyasının təkamüldə formalaşması haqqında geniş məlumat verib. Professor qeyd edib ki, onurğalı heyvanların aqressiyasına  təsir göstərən əsas faktorlar heyvanın fiziologiyasında baş verən dəyişikliklər, androgenlərin və serotoninin miqdarının fəsildən asılı olaraq dəyişməsidir.

Məruzəçi öz tədqiqat qrupu ilə birgə Avropanın müxtəlif əraziləri, Livan, İran və s. kimi ölkələrin, həmçinin səhralıq ərazilərdə yayılmış sürünənlərin  ontogenezin müxtəlif dövlərində aqressiyasını əmələ gətirən amilləri araşdırıb. Daniel Frinta  təkamüldə aqressiyanın meydana çıxmasına səbəb olan amilləri qeyd edib.

Sonda məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.

Xəbərlər

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
20/10/2026

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
20/10/2026

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri
20/10/2026