Filologiya fakültəsində "Alimlərimizi tanıdaq" layihəsi çərçivəsində ustad dərsi keçirilib

24/10/2018

Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının 2016-cı ildən həyata keçirtdiyi "Alimlərimizi tanıdaq" layihəsi çərçivəsində ustad dərsi keçirilib. Ustad dərsi Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu (İmanov) aparıb. Akademik Muxtar İmanov qəhrəman və əvəzedici, qəhrəman və antiqəhrəman, qəhrəman və yalançı qəhrəman problemlərindən,  folklorda obrazın ikiləşməsinin mifdən, xüsusən əkizlər mifindən gələn və müxtəlif janrlarda əksini tapan səciyyəvi modellərindən -  hökmdar və təlxək, ağıllı və axmaq, doğru və yalan, taraz və nataraz və s məsələlərdən söz açıb. Bundan başqa, xalq gülüşünün arxaik semantikasını, onun mifoloji və magik mahiyyətini tələbələrin diqqətinə çatdırıb.  Tədqiqatçı yazılı ədəbiyyata aid edilən “öldürücü gülüş” meyarının komik folklor nümunələrinə tətbiqinin yanlış tendensiya olması, həyatverici gülüşün aparıcı yer tutduğu folklorda komik konfliktin kəskin qarşıdurmadan uzaq olması, bu amilin isə süjetin və obrazların strukturuna əsaslı şəkildə təsir göstərməsi ilə bağlı mühüm qənaətlər irəli sürüb.  Filologiya fakültəsinin I kurs 114 və 115-ci qruplarının tələbələri, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova, kafedranın müəllim və  magistrantları dərsdə iştirak ediblər.

Sonda akademik Muxtar İmanov tələbələrin suallarını cavablandırıb.

Mətbuat və informasiya şöbəsi, 24 oktyabr 2018-ci il.

Xəbərlər

IDEA və BDU-nun birgə təşkilatçılığı ilə Sumqayıt çimərliyinin sahil zolağında təmizlik aksiyası keçirilib

IDEA və BDU-nun birgə təşkilatçılığı ilə Sumqayıt çimərliyinin sahil zolağında təmizlik aksiyası keçirilib
30/09/2023

BDU-da elmi seminar: "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum"

BDU-da elmi seminar: "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum"
29/09/2023

BDU-nun Kimya fakültəsində qazilərlə görüş

BDU-nun Kimya fakültəsində qazilərlə görüş
29/09/2023