Filologiya fakültəsində Elmi Şuranın 2018-ci ildə ilk iclası keçirilib

14/02/2018

Filologiya fakültəsində Elmi Şuranın 2018-ci ildə ilk iclası keçirilib. İclasda qış imtahan sessiyasının yekunları, yaz semestrinə hazırlıq, tədris və pedaqoji təcrübələrin təşkili, tədris ilinin əvvəlində fakültədə yaradılmış komissiyanın hesabatı, müəllimlərin seçkisi, eləcə də cari məsələlər müzakirə olunub.

İclası açan dekan, dosent Elçin Məmmədov şura üzvlərini gündəlik məsələlərlə tanış edib, qış imtahan sessiyasının yekunlarına dair ətraflı məlumat verib. 2018-ci ilin ölkəmiz üçün əlamətdar olduğunu qeyd edən dekan fakültə əməkdaşlarını aprel ayında keçiriləcək prezident seçkilərində dövlət başçısı cənab İlham Əliyevə dəstək olmağa çağırıb.

Bildirilib ki, yüzə yaxın tələbə imtahan nəticələri ilə bağlı apelyasiya komissiyasına müraciət edib və bu müraciətlərin 90 faizi tələbələrin xeyrinə həll olunub.  İmtahanların nəticələrinə görə, ən yüksək nəticəni IV kurslar, ən aşağı nəticəni isə II kurslar göstərib. İxtisaslar üzrə ən yüksək nəticə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”nin payına düşüb. Fənlər üzrə ən yüksək nəticəni isə Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrası göstərib. Kafedranın dosenti Əhəd Cavadovun tədris etdiyi “Orta məktəbin Azərbaycan dili və ədəbiyyatı dərsliklərinin təhlili” fənni üzrə müvəffəqqiyyət və keyfiyyət göstəricisi 100%-dir. 600-dən yuxarı bal toplayan tələbələrin müvəffəqiyyət göstəricisi də 100% olub.

E.Məmmədov tələbə və magistrantların dərslərə davamiyyətinin, sillabusların və kafedraların sənədlərinin yoxlanılması məqsədilə yaradılmış komissiyanın yarımillik fəaliyyəti barədə də ətraflı məlumat verib.

Sonra dekan Elçin Məmmədov  şura üzvlərinin suallarını cavablandırıb. İclas cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.

Mətbuat və informasiya şöbəsi, 14 fevral 2018-ci il.

 

 

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026