Filologiya fakültəsində “Nizami yaradıcılığında Novruz ənənələri” adlı elmi seminar keçirilib

03/03/2021

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Nizami Gəncəvi və folklor” tədbirlər planı çərçivəsində “Nizami yaradıcılığında Novruz ənənələri” adlı ilk tədbir - onlayn elmi seminar keçirilib.

Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan ədəbiyyatının inkişafına göstərdikləri xüsusi diqqət və qayğıdan, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı imzalanan Sərəncamın əhəmiyyətindən söz açıb, dahi Azərbaycan şairinin yaradıcılığında folklor məsələlərinə toxunub.

Seminarda Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının doktorantı Aynurə Allahverdiyeva “Nizami yaradıcılığında bahar”, kafedranın magistrantları Günay Mirzəyeva “Nizami yaradıcılığında su və od ünsürləri”, Nərminə Xanəliyeva “Nizami yaradıcılığında torpaq və hava ünsürləri” adlı məruzələrlə çıxış ediblər.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova “Laçın” mahnısını, Üzeyir Hacıbəylinin “Sevgili canan” romansını pianoda ifa edib. Eyni zamanda Akademiyanın “Solo oxuma ixtisası” üzrə tələbəsi, müsabiqələr laureatı Emin İsmayılov “Sənsiz” romansını oxuyub.

Tədbirdə Azərbaycan Rəssamlıq Akademiyasının Təsviri sənət fakültəsinin tələbəsi Qızbala Hümmətovanın qum üzərində çəkdiyi kompozisiya nümayiş etdirilib. Kompozisiyada Nizami Gəncəvinin əsərinlərinin obrazları, eləcə də şairin portreti əks olunub. Filologiya fakültəsinin III kurs tələbəsi Arif Vəliyev “Qəm eyləmə qəm əhlinin imdadına canan çatar”, II kurs tələbəsi Lumu İspəndiyərzadə “Ay üzlü nigarım, kimə mehman olacaqsan?” qəzəllərini səsləndiriblər.

Filologiya fakültəsinin II kurs tələbəsi Fidan Hüseynova Od çərşənbəsi haqqında ətraflı məlumat verib. “Folklor dərnəyi”nin üzvləri - Rəhimə Əlipənahova, Nigar Xanəliyeva, Fəridə Baxşəliyeva, Günəş Babayeva, Lamiyə Hüseynova, Ofeliya Xancanova və Samirə Haqverdiyevanın təqdimatında “Yeddi gözəl Od çərşənbəsində” kompozisiyası dinlənilib; Laləzar Sərxanovanın təqdimatında Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında slaydlar nümayiş etdirilib.

Sonda Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov tədbir haqqında təəssüratlarını bölüşərək iştirakçılara təşəkkürünü bildirib və “Nizami Gəncəvi” ili çərçivəsində fakültədə keçiriləcək digər tədbirlər haqqında da məlumat verib.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024