Filologiya fakültəsində “Nizaminin dili və Azərbaycan” mövzusunda elmi seminar keçirilib

26/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan dilçiliyi kafedrasının təşkilatçılığı ilə “Nizaminin dili və Azərbaycan” mövzusunda onlayn elmi seminar keçirilib. Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Mehriban Əlizadə “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan elmi seminarların əhəmiyyətindən danışıb, məruzəçilərə uğurlar arzulayıb.

BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Sənubər Abdullayeva Nizami Gəncəvi əsərlərinin milli və bəşəri əhəmiyyətindən, dünya miqyasında öyrənilməsindən, xüsusilə akademik Nərgiz Paşayevanın dahi şairin irsinin tədqiqi və təbliği istiqamətində gördüyü mühüm işlərdən söz açıb.

“Dilimizdə Nizami” adlı məruzə ilə çıxış edən dosent Fikrət Şiriyev N.Gəncəvi əsərlərinin Azərbaycan dilinə bədii və filoloji tərcümələri haqqında məlumat verib.

Dosent Reyhan Həbibli “Nizami əsərlərində poetonimlər” adlı məruzəsində poetonimlərin bədii funksiyasından, xüsusilə Nizami “Xəmsə”sində işlənmiş bu qrup onomastik vahidlərin poetik özəlliklərindən danışıb, şairin yaradıcılığındakı poetonimlərin tədqiqinə və onların lüğətinin tərtibinə ciddi ehtiyac duyulduğunu diqqətə çatdırıb.

Sonra fakültənin tələbələri - Sezər Məmmədli “N.Gəncəvi əsərlərində tarixi şəxsiyyət adları”, Narıngül Məlikova “N.Gəncəvinin “Yeddi gözəl” poemasında antroponimlər”, Şəbnəm Gülalıyeva “N.Gəncəvinin “Xosrov və Şirin” poemasında qadın adları”, Fatma Rəhimzadə “N.Gəncəvi “Xəmsə”sində mifoloji adlar”, Şəbnəm Abdullazadə “N.Gəncəvi yaradıcılığında toponimlər”, Aysel Həsənova “N.Gəncəvinin “İsgəndərnamə” poemasında (“Şərəfnamə”) onomastik vahidlər” adlı məruzələrlə çıxış ediblər.

Çıxışların ardınca məruzəçilərə suallar ünvanlanıb, mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Filologiya fakültəsinin II kurs tələbəsi, TEC-in sədri Fidan Hüseynovanın moderatorluğu ilə keçirilən tədbirdə Nizami Gəncəvinin məqbərəsi və ev muzeyindən bəhs olunan videoçarx nümayiş olunub.

Xəbərlər

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb
06/04/2026

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur  
06/04/2026

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib
06/04/2026