Filologiya fakültəsində Tələbə Elmi Birliyi “Postmodernizm çağdaş elmi-nəzəri fikir müstəvisində” mövzusunda elmi seminar keçirib

13/10/2018

Filologiya fakültəsində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə “Postmodernizm çağdaş elmi-nəzəri fikir müstəvisində” mövzusunda elmi seminar keçirilib. Seminarda Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Abasova,  Bakı-İstanbul liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Əlizadə, gənc tədqiqatçılar, bakalavriat və magistrantlar iştirak edib. TEB-in rəhbəri Pərvin Eyvazov açılış nitqində gənc tədqiqatçıları salamlayaraq, seminara yeni qatılanlara və I kurs tələbələrinə tədbirin mahiyyəti haqqında məlumat verib.

“Postmodernizm çağdaş elmi-nəzəri fikir müstəvisində” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan ədəbiyyatı tarixi kafedrasının II kurs magistrantı, Tələbə Elmi Seminarının rəhbəri Aygün Əliyeva dünya ədəbi fikir tarixində aktual olan postmodernizm cərəyanının yaranması və xronologiyası, eləcə də ən görkəmli nümayəndələri haqqında məlumat verib. Elmi-nəzəri müstəvidə bu ədəbi axınla bağlı görkəmli ədəbiyyatşünasların fikirlərinin əks olunduğu çıxışda cərəyanın incəsənətin digər növləri və ədəbiyyatda özünügöstərmə məqamlarına da toxunulub. Məruzəçi postmodernizmi modernizmlə qarşılaşdıraraq onun əsas məqsəd və mahiyyətindən söz açıb,  düyna və Azərbaycan ədəbiyyatındakı təzahür formaları haqqında müqayisələr aparmaqla elmi-nəzəri qənaətlərini auditoriya ilə bölüşüb.

Sonra mövzu ilə əlaqədar iştirakçıların çıxışları dinlənilib.

Seminardan sonra TEB-in idarə heyəti I kurslarla  görüşüb. İclasda tələbələrə TEB-in fəaliyyəti haqqında məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 15 oktyabr 2018-ci il.

Xəbərlər

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək
13/08/2026

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır
13/08/2026