Filologiya fakültəsində ulu öndər Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş Respublika elmi konfransı keçirilib

17/05/2017

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib.

Plenar iclası açıq elan edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasından, elm və təhsilə göstərdiyi diqqət və qayğıdan, eləcə də universitetdə elmin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan bəhs edib.

Sonra dosent Nağdəli Zamanovun “Heydər Əliyev nitqlərinin estetik dünyagörüşün inkişafında rolu” mövzusunda məruzəsi dinlənilib.

Konfrans öz işini Dilçilik və Ədəbiyyatşünaslıq bölmələrində davam etdirib.

Konfransa respublikamızın 11 ali təhsil müəssisəsindən və Türkiyənin Adıyaman Universitetindən ümumilikdə 150 nəfər qatılıb. Gənc tədqiqatçıların fəallığı ilə diqqəti çəkən tədbirdə 20-dən çox doktorant, 30-ya yaxın magistrant və 5 nəfər bakalavriat məruzələrlə çıxış edib.

Mətbuat və informasiya şöbəsi, 17 may, 2017-ci il.

Xəbərlər

BDU-nun doktorantı Türkiyənin Qazi Universitetində tədqiqatlar aparıb

BDU-nun doktorantı Türkiyənin Qazi Universitetində tədqiqatlar aparıb
04/10/2023

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub
04/10/2023

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun alimi BDU tələbələri ilə görüşüb

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun alimi BDU tələbələri ilə görüşüb
04/10/2023