Filologiya fakültəsinin əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər

03/05/2016

Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, ,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. 300-dən artıq yerli və xarici alimin məqalələrinin qəbul olunduğu konfransa 10-dan çox xarici ölkədən elm adamları qatılıb.

Konfransda Bakı Dövlət Universitetinin filologiya fakültəsinin əməkdaşları - Klassik Azərbaycan ədəbiyyatı kafedrasının professoru Yeganə İsmayılova “Kitabi-Dədə Qorqud” dastanları və Azərbaycan ədəbiyyatı problemlərinin tədqiqində “Folklor və yazılı ədəbiyyat” münasibətləri modeli”, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının əməkdaşı Gülnar Axundova “Azərbaycan ədəbiyyatında köynək simvolu”, “Türkoloji araşdırmalar” ETL-nin kiçik elmi işçisi Pərvin Eyvazov “B.Çobanzadənin dil tədqiqatlarında fonetik hadisələr” adlı elmi məruzələrlə çıxış ediblər.

Mətbuat və informasiya şöbəsi, 03 may 2016-ci il.


Xəbərlər

BDU-nun dosenti Məti Bayramlı Qazaxıstan Prezidenti tərəfindən təltif edilib

BDU-nun dosenti Məti Bayramlı Qazaxıstan Prezidenti tərəfindən təltif edilib
30/06/2026

BDU “Breyn-rinq” üzrə Universitetlərarası Azərbaycan Çempionatının qalibi olub

BDU “Breyn-rinq” üzrə Universitetlərarası Azərbaycan Çempionatının qalibi olub
30/06/2026

BDU və Beynəlxalq Türk Akademiyasının Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr etdiyi kitabların təqdimatı olub

BDU və Beynəlxalq Türk Akademiyasının Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr etdiyi kitabların təqdimatı olub
30/06/2026