Filologiya fakültəsinin tələbələri “Nəsimi qəzəllərinin qiraəti” adlı şeir müsabiqəsinin qalibi olub

24/05/2019

Azərbaycan Dillər Universitetində dahi Azərbaycan şairi, filosof İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar “Nəsimi qəzəllərinin qiraəti” adlı şeir müsabiqəsi keçirilib. Müsabiqəyə ölkənin müxtəlif ali təhsil müəssisələrinin tələbələri qatılıb. Nəsiminin dərin fəlsəfi anlam kəsb edən qəzəlləri tələbələrin ifasında  böyük maraqla qarşılanıb. Sonda tələbələrin qiraəti münsiflər heyəti tərəfindən qiymətləndirilib. Əvvəlcə həvəsləndirici mükafata layiq görülən qaliblərinin adları açıqlanıb. ADU-nun təhsil fakültəsinin  tələbəsi Sara Mahmudova, Filologiya və Jurnalistika fakültəsinin tələbələri Kəmalə Həsənli və Kənan Abdullayev müsabiqənin həvəsləndirici mükafatına layiq görülüblər. Birinci yerin qalibi BDU-nun tələbəsi Şamilova Aytən, ikinci yerin qalibi ADU-nun tələbəsi Əliyeva Zeynəb, üçüncü yerin qalibi isə BDU-nun tələbəsi Bədirli Əliqulu olub.

Mətbuat və informasiya şöbəsi, 24 may 2019-cu il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026