Fizika fakültəsində birinci kurs tələbələri ilə onlayn görüş keçirilib

10/11/2020

2020-ci il 10 noyabr tarixində Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə onlayn görüş keçirilib. Görüşdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Görüşdə Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov Universitetə qəbul olmaq münasibətilə tələbələri təbrik edərək, Universitetin tarixi, bu günü, görkəmli məzunları, fakültənin strukturu, professor-müəllim heyəti, dərslərin təşkili, ilə bağlı məlumat verib. Dekan bildirib ki, ölkənin flaqman elm ocağı olan BDU-da keyfiyyətli təhsil üçün müasir infrastruktur mövcuddur və tədris prosesində müasir kommunikasiya texnologiyalarının verdiyi imkanlardan geniş istifadə olunur.

Tədris işləri üzrə dekan müavini Vüsal Məmmədov tələbələrə fakültə və seçdikləri ixtisas haqqında, BDU-dakı mövcud təhsil və tədris sistemi, onların biliyinin qiymətləndirilməsi, imtahanların təşkili haqqında məlumat verib. Tələbələrə həmçinin dərs cədvəli, qiymətləndirmə, mühazirə, məşğələ, laboratoriya dərsləri ilə bağlı əsas anlayışlar izah olunub.

Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov tələbələrin universitetin elmi-mədəni və ictimai həyatındakı fəallığının əhəmiyyətindən, tələbəlik həyatının maraqlı məqamlarından söz açıb. Universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının istedadlı gənclərin üzə çıxarılması istiqamətində mühüm işlər gördüyünü bildirib.

Microsoft Teams platforması vasitəsi ilə baş tutan görüş tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb.

 

Xəbərlər

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05/10/2026

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir
05/10/2026

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb
05/10/2026