Fizika fakültəsində elmi seminar keçirilib

17/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində növbəti onlayn elmi seminar keçirilib.

Optika və molekulyar fizikası kafedrasının dissertantı Şəhla Şamilova “Параметрические трехволновые взаимодействия в нелинейных средах” (“Qeyri-xətti mühitlərdə üçdalğalı parametrik qarşılıqlı təsirlər”) mövzusunda təqdimatla çıxış edib.

Məruzədə optik dalğaları üç dalğalı qarşılıqlı təsiri zamanı sabit intensivlik yaxınlaşmasında tezlik çevrilməsinin effektivliyinin artırılması yolları analitik olaraq araşdırılıb. Orta infraqırmızı diapazonda qeyri-xətti xalkogenid kristallarda qarşılıqlı təsirdə olan optik dalğaların fazaların nəzərə alınmaqla qeyri-xətti qarşılıqlı təsir tədqiq edilib, aşağı və yüksək tezlikli doldurma zamanı sındırma əmsalı mənfi olan metamateriallarda əks dalğaların parametrik qarşılıqlı təsiri öyrənilib.

Seminarda aparılan tədqiqat işlərinin elmi səviyyəsinin yüksək olduğunu bildirərək alınan nəticələri optik parametrik generatorların hazırlanmasında geniş tətbiq imkanları müzakirə edilib.

“Microsoft Teams” platforması üzərindən keçirilən seminar mövzü ətrafında müzakirə ilə başa çatıb.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026