Fizika fakültəsində Heydər Əliyevin 90 illiyinə həsr olunmuş VIII Respublika Elmi Konfransı keçirilib

29/05/2013

Fizika fakültəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş Magistrantların və Gənc Tədqiqatçıların “Fizika və Astronomiya Problemləri” VIII Respublika Elmi Konfransı keçirilmişdir. İclası Elm və İnnovasiyalar üzrə prorektor, prof. A.H. Kazımzadə açıq elan etdi. Plenar iclasda  II kurs  magistrantların

1. Qarayev R.R. “Sm aşkarlanmış Se-As-Te sistemlərinin optik xassələri”

2.Fərəcova N.Z. “CuJnSe2 yarımkeçirici birləşməsinin şüalanma rekombinasiyası”

adlı çıxışları dinlənilmişdir.

Konfrans öz işini 4 bölmədə aparılmışdır.

Konfransa magistrantlar və gənc doktorantlar tərəfindən 85 mövzuda elmi iş təqdim olunmuşdur. Çıxışlar ətrafında geniş müzakirələr aparılmışdır.

Konferensiya işinin ikinci gününü Pirqulu rəssədxanasında davam etdirmişdir. Kofransın iştirakçıları və fizika fakültəsinin bakalavr pilləsində oxuyan tələbələr üçün ən böyük diametrli (2m) teleskopun işi nümayiş olunmuşdur.

Həmin gün yekun sözlə fizika fakültəsinin dekanı prof. M.Ə. Ramazanov konfransın  işini yekunlaşdırdı.

Xəbərlər

BDU-da elmi seminar: “Quran dilinin özünəməxsus tərkibləri”

BDU-da elmi seminar: “Quran dilinin özünəməxsus tərkibləri”
11/02/2026

BDU məzunları üçün karyera inkişaf layihəsinə start verilib

BDU məzunları üçün karyera inkişaf layihəsinə start verilib
11/02/2026

BDU-da Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlərə başlanılıb

BDU-da Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlərə başlanılıb
10/02/2026